SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Şəmkirdə naməlum ELAN: Qadınları satmaq üçün Türkiyəyə aparırlar? - ŞOK MATERİAL

Şəmkirdə naməlum ELAN: Qadınları satmaq üçün Türkiyəyə aparırlar? - ŞOK MATERİAL

Tarix:

4-05-2018, 12:31

/ 1 828 dəfə oxundu.
Şəmkirdə naməlum ELAN: Qadınları satmaq üçün Türkiyəyə aparırlar? - ŞOK MATERİAL

Şəmkir rayonunda bazar adlanılan ərazidə yerləşdirilən elan hər kəsin təəccübünə və marağına səbəb olub. Belə ki, elanda qeyd olunub ki, Türkiyədə tikiş fabrikinə 25-35 yaş arası qadınlar tələb olunur. Yüksək əmək haqqı bir çox qadınların marağına səbəb olub.
Elanın doğruluğunu yoxlamaq üçün qeyd olunan nömrə ilə əlaqə saxladıq. Bəlli oldu ki, qadınları tikiş fabrikində iş üçün cəlb etsələr də zəngi cavablayan şəxs işin nədən ibarət olduğunu bilməyib və xanımla görüşün vacbliyini vurğulayıb.

İddia olunur ki, sözügedən çətə qadınları bu yollarla Türkiyəyə aparıb orada naməlum şəraitdə öz maraqlarının qurbanına çevirirlər.

Bununla bağlı BiG.AZ-a açıqlama verən "Təmiz dünya Qadınlara Yardım" İctimai Birliyinin sədri Mehriban Zeynalova Həqiqətən belə bir hal varsa dərhal İnsan Alverinə Qarşı Müdafiə idarəsinin 152 qaynar xətti ilə əlaqə saxlayıb həmin elan barəsində məlumat versinlər. Əminəm ki, bu məsələ dərhal araşıdırılıb müvafiq tədbir görüləcək. Bu məsələ hələ ehtimaldır. Amma yenə də hüquq mühafizə orqanları bu məsələni araşdırmalıdır. Bunu ört-basdır edilməsindənsə dərhal 152 qaynar xəttlə əlaqə saxlamaq lazımdır ki, heç kəs zərər çəkməsin. Hüquq mühafizə orqanları 24 saat ərzində bu məsələni araşdırıb kim günahkardırsa məsuliyyətə cəlb edəcəklər. Əgər bu elandan zərər çəkən varsa artıq cinayət hesab olunur.
Vəkil Elmar Süleymanov vurğulayıb ki, bu kimi elanlar insan alverinə gətirib çıxararsa birbaşa onlar cinayət məsuliyyəti daşıyır. Bu əmələ görə onlar 5 ildən 10 ilə qədər azadlıqdan məhrum edilə bilərlər: “Qadınların sənətlərini əllərindən alıb onları cinsi istismara məruz qoyurlarsa artıq bu insan alveri deməkdir. İnsan alverinin qurbanı kişi də ola bilər. Onun da sənətlərini əlindən alıb məcburi əməyə sövq edə bilərlər. Maraqlı olan odur ki, belə hallar ölkə daxilində baş vermir. Daha çox qadınlarımız aldadılaraq Türkiyəyə, Dubaya aparılır. Bu əməl 2 nəfərdən çox şəxsə, yetkinlik yaşına çatmayanlara və mütəşəkkil dəstə tərəfindən yaxud da təkrar törədilərsə, 8 ildən 12 ilə kimi azadlıqdan məhrum etmə cəzası verilir. Məhkəmələrdə insan alverçiləri bildirirlər ki, biz məcbur etməmişik. Qadın könüllü bunu həyata keçirib. Bu cür ifadə verməkdə də məqsəd cəzanın yüngüləşdirməkdir. Amma məhkəmələrdə bu ifadələr cəzanı yüngülləşdirən amil kimi qəbul edilmir. Bu məsələni həm də Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti və Daxili İşlər Nazirliyinin İnsan Alveri ilə Mübarizə İdarəsi araşdırmalıdır. Bu cür elanları kim yapışdıranlar haqqında araşdırma aparılmalıdır. Onların əməli təsdiqini taparsa cinayət məsuliyyətinə cəlb edilməlidirlər.

Şərhlər

XƏBƏR LENTİ