Dövlət Şəhərsalma və Arxitektura Komitəsində yüksək vəzifələrə təyinatlar olub
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə yeni sədr təyin edilmiş Samir Nuriyev Komitədə bir sıra kadr dəyişiklikləri həyata keçirib.
“Report”un əldə etdiyi məlumata görə, Komitənin aparat rəhbəri vəzifəsinə Anar Quliyev təyin edilib. O, indiyə qədər Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) aparat rəhbəri vəzifəsində çalışıb və yeni vəzifəsində Ağamirzə Canmirzəyevi əvəz edib. Komitənin keçmiş aparat rəhbəri isə daha öncə çalışdığı və indiyə qədər vakant olan Texniki normalar və lisenziyaların verilməsi üçün təqdim olunmuş sənədlərlə iş şöbəsinin müdiri vəzifəsinə keçirilib.
Bundan başqa, Komitənin vakant olan Maliyyə və mühasibat uçotu şöbəsinin müdiri vəzifəsinə isə Şahnaz Mustafayeva təyin edilib. O, indiyə qədər MİDA-nın Maliyyə və təminat şöbəsinin müdiri vəzifəsində çalışıb.
Həmçinin Komitənin Şəhərsalma şöbəsinə rəhbərlik edən Anar Bayramov tutduğu vəzifədən azad olunub. Bu vəzifənin icrası onun müavini Fəxri Aydəmirə həvalə olunub.
Xatırladaq ki, S.Nuriyev bundan əvvəl MİDA-nın İdarə Heyətinin sədri olub. Hazırda onun səlahiyyətlərini qurumun sədr müavini Sadiq Sadıqov icra edir.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu