XalqXəbər.Az

XalqXeber.Az » Sosial » AMEA qaz borcunu ödəmir - Məhkəməyə verildi

AMEA qaz borcunu ödəmir - Məhkəməyə verildi

AMEA qaz borcunu ödəmir - Məhkəməyə verildi
28-04-2018, 12:39

“Azəriqaz” İstehsalal Birliyi (İB) məhkəməyə müraciət edərək Azərbaycan Milli Elmlər Akademiyasına qarşı iddia irəli sürüb.

İB AMEA-nın Yüksək Texnologiyalar Parkından (YTP) istifadə etdikləri qaza görə yığılan borcun ödənilməsini tələb edib. Eyni zamanda, YTP də qarşılıqlı iddia qaldıraraq borcun əsassız olaraq hesablandıığını bildirib. 2 saylı Bakı İnzibati İqtisad Məhkəməsində işə baxılıb və hakim iddianı təmin tədbiri haqqında ərizənin təmin edilməsinə qərar çıxarıb.

“Azəriqaz” qərardan narazı qalaraq apellyasiya instansiyasına şikayət edib. Hazırda işə Bakı Apellyasiya Məhkəməsinin hakimi Vidadi Məmmədovun icraatında baxılır. Növbəti iclas mayın 3-də keçiriləcək.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.