SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Müəllimlərə barama becərtmək istəyirlər?.. - Prezident sərəncamından sui-istifadə?..

Müəllimlərə barama becərtmək istəyirlər?.. - Prezident sərəncamından sui-istifadə?..

Tarix:

28-04-2018, 12:28

/ 1 401 dəfə oxundu.
Müəllimlərə barama becərtmək istəyirlər?.. - Prezident sərəncamından sui-istifadə?..

Bəzi rayonların təhsil şöbələri və məktəblərində “barama iclasları” başlayıb.

Bu haqda Moderator.az əməkdaşına adının çəkilməsini istəməyən müəllim məlumat verib. Onun sözlərinə görə, bu günlərdə torpağı işğal altında olan rayonlardan birinin icra hakimiyyəti nümayəndələri, təhsil şöbəsi müdiri, bir neçə məktəb direktoru və bəzi kəndlərin icra nümayəndələrinin iştirakıyla məktəblərdən birində qapalı iclas keçirilib. İclasdan sonra direktorlar müəllimlərə bildirib ki, onlara becərmək üçün barama qurdu paylanması gözlənilir. Belə fikirlər də səslənir ki, müəllimlərin barama qurdunu becərməyə razı olmayacaqları təqdirdə onlardan bunun əvəzində pul yığılacaq. Yəni guya toplanmış vəsait hesabına barama becərdiləcək...
Belə bir iclasın keçirilməsi dəqiqdir. Sözsüz ki, bu halda yerlərdəki digər əlaqədar dövlət qurumları, o cümlədən icra hakimiyyəti başçıları da bundan xəbərdardır və belə tədbirlərin nəticələrinə görə məsuliyyət daşıyırlar...
Görünür, kimlərsə Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncamından sui-istifadə edərək dolayı yollarla qazanc əldə etmək niyyətinə düşüb. Xatırladaq ki, bundan öncə 2017-ci il avqustun 3-də Qaxda Prezident İlham Əliyevin sədrliyi ilə barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsi də keçirilib. Ancaq nə sözügedən sərəncamda, nə də bu və ya digər rəsmi iclasda dövlət başçısı müəllimlərə barama qurdu paylamaq barədə göstəriş verməyib...

Məsələni nəzarətdə saxlayacağıq...

P.S. Əgər kimlərsə müəllimlərə məcburən barama becərtmək fikrinə düşübsə, bu ilk növbədə müqəddəs müəllim adına hörmətsizlikdir. İkincisi də, yerlərdə məmurların bu cür hərəkət və davranışları sovet dövründə müəllim, şagird və tələbələrə zorla pambıq, ot, üzüm və s. yığdırılmasını andırmaqla beynəlxalq təşkilatlara Azərbaycana insan haqlarının pozulmasıyla bağlı təzyiqlər etməyə də əsas verir...

Şərhlər

XƏBƏR LENTİ