SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » “QİDA TƏHLÜKƏSİZLİYİ”-MİZ VƏHABİLƏRİN ƏLİNDƏ CƏMLƏŞİB ?

“QİDA TƏHLÜKƏSİZLİYİ”-MİZ VƏHABİLƏRİN ƏLİNDƏ CƏMLƏŞİB ?

Tarix:

27-04-2018, 13:31

/ 3 686 dəfə oxundu.
“QİDA TƏHLÜKƏSİZLİYİ”-MİZ VƏHABİLƏRİN ƏLİNDƏ CƏMLƏŞİB ?

Bakıda ət kəsimi vəhabilərin sifarişi ilə qadağan edilib?

Keçən il “Qida Təhlükəsizliyi Agentliyi” yaranandan sonra, agentliyə rəhbər Qoşqar Təhməzli təyin olundu. Və bu təyinatdan sonra onun barədə ölkə mətbuatında müsbət xarakterli bir çox yazılar tirajlandı. Elə bil ki, o vəzifəyə təyin olunanacan onun barəsində ölkə mətbuatında gedən yazıların üstünu yeni tirajlanan yazılarla yamaqlamaq istəyirdilər ki, onun barəsində yazılan köhnə yazılar üzə çıxmasın.

Bir çox jurnalistlər buna diqqət yetirməsə də biz 365İNFO olaraq Q.Təhməzlinin təyinatının ilk günündən buna diqqət etdik.

Hətta redaksiyamıza onun sağ əli sayılan Xaliq Abbasov adlı iş adamı ilə bağlı bir məlumat da daxil oldu. Və məlumat əsasında X.Abbasov barəsində bir neçə silsilə yazılar dərc etdik.
Həmin yazılarda xüsusi olaraq qeyd etmişdik ki, X.Abbasovun ölkə banklarına 5 milyon dollardan çox borcu var və o yeni yaradılan agentlik vasitəsi ilə qazandığı pulların hesabına borcunu bağlamaq istəyir. Ancaq bizim o vaxt yazdıqlarımıza o qədər də ciddi yanaşmadılar.
Həmin yazıların üstündən 4 ay keçməyinə baxmayaraq, gec də olsa həmin faktlar öz təsdiqini tapdı. Yeni yaradılan agentliyin mətbuat xidmətinin xanım sözcüsü Q.Təhməzlinin yaxın qohumu olduğu üçün, hər dəfə bizim yazılardan sonra ona təsəlli verir ki, guya bizim yazılar cəmiyyətdə o qədər də ciddi qəbul olunmur. Ancaq bu agentlik yaradılandan sonra Q.Təhməzli tərəfindən kasıb təbəqənin başına nə oyun açıldığına gəlin birlikdə baxaq.
Bildiyinz kimi Bakıda ət birdən –birə bahalaşmağa başladı. Əlbəttə ki, o zaman iri və xırda buynuzlu heyvanların satışı ilə məşğul olan bir çox şəxslər cürət edib Q.Təhməzlinin adını çəkmədilər. Hətta onun əməllərinə bəraət qazandıraraq dedilər ki, guya ətin bahalaşmasının səbəbi bölgələrdə yemin bahalaşması ilə əlaqədardır.

Ancaq bizim apardığımız araşdırmalara görə bu məsələ ölkə mətbuatında Q.Təhməzlinin təbliğatını aparan saytların yazdığı kimi deyil.

25 iyun 2015 -ci il tarixdə pia.az saytının yazdığına görə Fərhad Təhməzovun qardaşlarından biri Ataş Təhməzov tikinti sahəsində, digər qardaş Qoşqar Təhməzov(sonradan Təhməzli olub) isə səhiyyə sahəsində kommersiya fəaliyyəti ilə məşğul olurlar: “Neft Fondundan ayrılan pulların böyük əksəriyyəti də məhz Fərhad Təhməzovun qardaşlarının kommersiya qurumlarına yönləndirilir. Yəni, Məcburi Köçkünlərin Sosial İnkişafı Fondu öz xərcləmələrini bir qayda olaraq Ataş və Qoşqar Təhməzovun kommersiya qurumları vasitəsi ilə həyata keçirirlər. Amma bu xərclərin daha qaranlıq tərəfi də var. Belə ki, Fərhad Təhməzovun qardaşı Qoşqar Təhməzov “Əbu Bəkir” məscidinin imamı Qamət Süleymanovun yaxın dostudur və biznes şərikidir. Məcburi Köçkünlərin Sosial İnkişafı Fondunun vəsaitlərinin bir hissəsi də vəhabilərin Azərbaycandakı kommersiya qurumlarında “yuyulur”. Məlumata görə, Qoşqar Təhməzov Hacı Qamətin Ərəbistandakı əlaqələrindən istifadə edərək qardaşı Fərhad Təhməzovun “Qaçqınkom”dakı bir neçə layihəsini onların vasitəsi ilə həyata keçirib”.
Daxil olan məlumata görə Q.Təhməzli tərəfindən Bakı şəhərində ət kəsimi qadağan olunub və bu işlə məşğul olan şəxlər 2 min manat cərimə olunacaqlar. Bu qadağadan sonra ətin qiyməti kəskin bahalaşıb.
Redaksiyamıza daxil olan məlumata görə Q.Təhməzli öz köhnə biznes şərikinin sifarişini yerinə yetirir. Belə ki, Hacı Qamət Süleymanovdan Q.Təhməzliyə tapşırıq verilib ki, Bakıda ət kəsimi qadağan edilsin. Məqsəd isə xırda buynuzlu heyvanların Ərəbistan istiqamətinə yönəlməyidir. Bir sözlə Bakı camaatının dili ilə desək, bu günlərim, ətin bahalaşmasının səbəbi yenə də köhnə biznes şəriklərinin ət biznesini ələ keçirərək monopoliya yaratmaqlarından irəli gəlir. Əgər bu gün “Qida Təhlükəsizliyi Agentliyi”-nin başbilənləri “Əbu Bəkir” məscidinin imamı Hacı Qamət Süleymanovla “Şurataz LTD” MMC şirkətinin sahibi, adı gömrükdə invoys saxtakarlığında keçən Xaliq Abbasovdursa, onda vay bizim “Qida Təhlükəsizliyi”-mizin halına.
Doğrudan da ölkə mətbuatının yazdığı kimi, bu agentlik ölü doğulmuş uşağa bənzəyir. Yəqin ki, o uşağı da doğulmamışdan əvvəl qətlə yetirənlər agentliyin başbilənləri Hacı Qamətlə Xaliq Abbasov olub.
Bu gedişatla çox güman ki, Q.Təhməzli yaxın vaxtlarda postu ilə vidalaşmalı olacaq. Bu yaxınlarda onun jurnalist Mirşahinin qonağı olanda da əlini tez-tez su bakalına uzadıb su içəndə elə bil ki, səhhətində nəsə problemi olduğu görsənirdi. Necə deyərlər, yaxşı dostları və şərikləri olanın səhhətində problem olmaz. Görünür Q.Təhməzlinin dostları və şərikləri yaxşı olmadıqları üçün onun səhhətində problem var və bu qıraqdan açıq-aydın görsənir. Ondan savayı Mirşahinin bir çox yüksək çinli məmur qonaqları olub, amma Q.Təhməzlidən fərqli olaraq müsahibə vaxtı onların heç biri su bakalına əlini uzatmayıblar….

365İNFO.ORG

Şərhlər

XƏBƏR LENTİ