SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » "Baku Medical Plaza" klinikasının keçmiş baş həkim müavininə İTTİHAM

"Baku Medical Plaza" klinikasının keçmiş baş həkim müavininə İTTİHAM

Tarix:

6-04-2018, 18:04

/ 2 652 dəfə oxundu.
"Baku Medical Plaza" klinikasının keçmiş baş həkim müavininə İTTİHAM

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Baku Medical Plaza" klinikasının keçmiş baş həkim müavini Feyzulla Qasımovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs F. Qasımov ifadə verib. O bildirib ki, 2013-cü ilin may ayından "Baku Medical Plaza" klinikasında baş həkiminin müavini vəzifəsində çalışır, işə düzəltmə adı ilə həmin klinikanın həkimi Cəmil Ələkbərovdan pul almayıb: "Cəmil Ələkbərov klinikamızda həkim kimi çalışıb. O, çalışdığı müddətdə xəstələrə laqeyd münasibət bəsləyir, etdiyi əməliyyatları jurnala qeyd etmirdi. Bir neçə dəfə yanıma çağırıb demişəm ki, insanlara düzgün xidmət göstər, qeydlərini apar. Günün birində Cəmil mənim yanıma gəlib dedi ki, Natiq adlı şəxsə iş üçün 10 min manat pul verəcək və məndən də şahidlik etməyimi xahiş etdi. O pulu mənim kabinetimdə Natiqə verdi. Ancaq sonradan Natiq bunu aldatdı və vədinə əməl etmədi. Belə olan halda bu işdə məni şərləyiblər ki, guya mən Natiqi tanıyıram, onunla tanışıq. Amma belə deyil, mən o şəxsi ilk dəfə görmüşəm".

Proses aprelin 13-də davam etdiriləcək.

İttihama görə, "Baku Medical Plaza"nın həkimi Cəmil Ələkbərov Ağciyər Xəstəlikləri İnstitutunda şöbə müdiri vəzifəsinə düzəlmək üçün klinikanın baş həkimi müavini Feyzulla Qasımova 50 min ABŞ dolları məbləğində pul verib. Lakin sonuncu, vədinə əməl etməyib.

Bununla bağlı F. Qasımov barəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq ; külli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi açılıb.

F. Qasımov barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilib.

Şərhlər

XƏBƏR LENTİ