SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Azəriqaz İB əməkdaşlarının yeni şərinin qurbanı kim oldu? - ŞİKAYƏT

Azəriqaz İB əməkdaşlarının yeni şərinin qurbanı kim oldu? - ŞİKAYƏT

Tarix:

5-04-2018, 14:33

/ 2 147 dəfə oxundu.
Azəriqaz İB əməkdaşlarının yeni şərinin qurbanı kim oldu? - ŞİKAYƏT

Bakı şəhər, Qafqaz küçəsi,45 mənzil 15A ünvanında yaşayan Rasim Məhiyəddin oğlu Məmmədov tərəfindən redaksiyamıza verilən məlumata görə, Azəriqaz İstehsalat Birliyinin Xətai rayon şöbəsinin əməkdaşlarının qanunsuz əməllərindən yuxarı instansiyalara şikayət etməsinə baxmayaraq onun yüksək məbləğdə cərimə edilməsi qüvvədə saxlanılmaqdadır. Qeyd edək ki, Bakı Regional Qazın Satış Departamentinin rəisi Zehin Rəsulova bununla bağlı yazılan şikayətlər öz həlin tapmamaqdadır. Xətai rayonuna verilən qaz həcminin ödənilən məbləğlə kəsir gəlməsi və bunun kiməsə ödətdirmək məqsədi göründüyü qədər çox çirkin bir hal şəklini almışdır. Verilən məlumatlardanda bəli olub ki, Rasim Məmmədovun mənzilinə 3 dəfə yoxlama gələrək yenidən baxış keçirməsinə baxmayaraq birinci heyyət 3 nəfərdən ikinci heyyət 8 nəfərdən üçüncü heyyət isə 4 nəfərdən ibarət qurup şəklində yoxlamalar aparmaqlarına baxmayaraq heç bir qeyri qanuni xəttin olmasını aşkarlaya bilməyiblər. Rasim Məmmədovun mənzilinə BRQSD-nin qazın balansı və satışı şöbəsinin böyük mühəndisi A.Camalov və çilingər V.Rəhimovun guya mənzil sahibinin qanunsuz xətt istifadə etməsi ilə bağlı yazdıqları akt təsdiqini tapmamaqdadır. Çünki vətəndaş R.Məmmədovun mənzilinə aid olduğu iddia edilən foto şəkil fakt kimi əsaslandırıldığı halda həmin çəkilmiş görüntülər R.Məmmədovun mənzilinə aid deyildir. Bütün bunlara baxmayaraq nədənsə Azəriqaz İB-nin fəalları göründüyü qədər aşkarladıqları qanunsuz qaz oğurluğu edən şəxslərlə anlaşdıqdan sonra məhsuliyyəti hansısa avam adamın üzərinə yıxmaq qərarına gəliblər. Və bu minvalla Rasim Məmmədov həmin işbazların hədəfinə çevrilmiş olub.

Məsələ ilə bağlı ətraflı gələn yazımızda qeydlər olacaqdır.
Yazıda adları keçən şəxs və qurumların mövqeyini dinləməyə hazırıq.

BakuNews.az

Şərhlər

XƏBƏR LENTİ