XalqXəbər.Az

XalqXeber.Az » Sosial » Lombard sahibi Dürrə İsmayılova məhkəmə zalında həbs edildi - qalmaqallı cinayət işi

Lombard sahibi Dürrə İsmayılova məhkəmə zalında həbs edildi - qalmaqallı cinayət işi

Lombard sahibi Dürrə İsmayılova məhkəmə zalında həbs edildi - qalmaqallı cinayət işi
5-04-2018, 11:42

Bakıda vətəndaşlara qarşı külli miqdarda dələduzluq edən lombard sahibi hakim qarşısına çıxarılıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən 1975-ci il təvəllüdlü Dürrə Təvəkkül qızı İsmayılovanın cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən məhkəmə iclasına hökm oxunub.

Hökmə əsasən F.İsmayılova 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri dəyişdirilib və məhkəmə zalından həbs edilib.

Dürrə İsmayılova Rəşad adlı tanışı tərəfindən aldadıldığını deyir. Belə ki, Dürrə İsmayılova Rəşad adlı şəxsin lombardını işlətmək üçün götürüb. Rəşad adlı şəxs müştərilərdən götürdüyü qızılları Dürrə İsmayılovaya təhvil verib. Bundan sonra da uzun müddət lombardı işlədib. Amma indi Dürrə İsmayılova deyir ki, Rəşad adlı şəxsin götürdüyü qızıllara görə məsuliyyət daşımır.

Zərərçəkmişlər isə bildirir ki, Dürrə İsmayılova Rəşaddan qızılları alarkən razılıq əldə ediblər və uzun müddət də faizi ona ödəyiblər.

Dürrə İsmayılova məhkəmədə söyləyib ki, Rəşad adlı şəxs ona qızılları qaytarmadığı üçün zərərçəkmişlərə ziyanı ödəyə bilmir.

Qeyd edək ki, Dürrə İsmayılova Xətai rayon Polis İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olub. O, polis əməkdaşları tərəfindən saxlanılıb.

Lakin onun barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmiş və ev dustaqlığına buraxılmışdı.

Bildirək ki, D.İsmayılova Xətai rayonu ərazisində lombard işlədib. O, xeyli sayda vətəndaşın girov qoyduğu əmlakları mənimsəyib.

Zərərçəkmişlərin ümumilikdə 200 min manatdan çox ziyan gördüyü bildirilir. Qeyd edək ki, bu bir neçə ildir davam edir.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.