"Çudo Peçka" tamamilə çökür - Maaşları kim verəcək?
Bir zaman qənnadı məhsulları və “fast-fud” üzrə Azərbaycandakı ən geniş şəbəkə olan “Çudo Peçka” mağazalarının artıq cəmi bir filialı- Ağa Nemətulla küçəsindəki fəaliyyət göstərir.
Belə olduğu təqdirdə şirkətin xeyli əməkdaşı işsiz qalıb. Onlar 8 aydan çoxdur ki, maaşlarını da ala bilmirlər. 2009-cu ildən Binəqədi rayonu, Cəfər Xəndan 36 A küçəsində yerləşən “Çudo peçka” mağazasında çalışan İmran Rzayev də aylardır maaşını ala bilməyənlərdəndir. Redaksiyamıza dəfələrlə müraciət edən İ.Rzayev heç bir qurumun onlara kömək etmədiyini, çox çətin vəziyyətdə qaldığını bildirib:
“Artıq bilmirik nə edək. 700-dən çox işçiyik, müraciət etmədiyimiz yer qalmayıb. Baş ofis Vergilər Nazirliyi tərəfindən vergi borcuna görə bağlanıb. Şirkətin rəhbəri Anar Cəlilovu heç kim tapa bilmir. İş məhkəmədədir, ancaq məhkəmənin də necə getməsi sual altındadır. Çox çarəsiz vəziyyətdə qalmışıq”.
“Qafqazinfo” olaraq bir neçə gündür, şirkətlə əlaqə saxlamağa çalışsaq da, bu, mümkün olmayıb. Saytda göstərilən nömrələrin heç biri cavab vermir.
Qeyd edək ki, şirkət son aylarda ciddi maliyyə sıxıntısı yaşayır və bu ay “Əhmədli”, “Neftçilər” və “28 may” stansiyalarının yaxınlığında yerləşən mağazalarının fəaliyyətini dayandırmaq məcburiyyətində qalıb.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...