SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Azər Süleymanovun korrupsiyalaşmış Xidməti ləğv edilib, Səhiyyə Nazirliyinə verilir

Azər Süleymanovun korrupsiyalaşmış Xidməti ləğv edilib, Səhiyyə Nazirliyinə verilir

Tarix:

22-02-2017, 00:21

/ 1 794 dəfə oxundu.
Azər Süleymanovun korrupsiyalaşmış Xidməti ləğv edilib, Səhiyyə Nazirliyinə verilir

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti Səhiyyə Nazirliyinə verilir. Əldə etdiyimiz bilgilərə görə, yaxın vaxtlarda bu struktur islahatı da gerçəkləşəcək

Xəbərə görə, hökumət islahatları sürətləndirməyi hədəfləyib. İlin sonuna qədər təxirəsalınmaz kadr və struktur islahatları reallaşacaq. KTN tərkibində olan DBX-nin SN-ə verilməsi və qurumun ləğvi nəzərdə tutulur.

Bu idarənin tamamilə korrupsiyalaşması və yerli şöbələrinin soyğunçuluq yuvalarına çevrilməsi barədə şikayətlərin kütləviləşdiyi bildirilir. Yuxarılara çatan şikayətlər toplusu ilə əlaqədar analizlər aparılır və qurumun ləğvi gündəmə gəlib.

Mütəxəssislər də Dövlət Baytarlıq Xidmətinin Səhiyyə Nazirliyinə verilməsini təklif edirlər. Bu, büdcə vəsaitlərin ciddi şəkildə qənaət demək olacaq.

Obyekt sahibləri, iş adamları idarə əməkdaşlarının özlərini vergi müfəttişi, prokurorluq əməkdaşı kimi apardığını, sanki istintaq hərəkətləri edən müstəntiq kimi davrandığını deyirlər.

Onların sözlərinə görə, baytarlıq şöbəsinin əsassız yoxlamalarından və qanunsuz tələblərindən boğaza yığılıblar.

Bu qurumun ləğv edilərək səlahiyyətlərinin Səhiyyə Nazirliyinə verilməsi tamamilə mümkündür. Nazirliyin tabeliyində bir qurum antisanitariya və s.xidmətlərə nəzarət edə bilər. Hökumət planlaşdırır ki, bir neçə nazirlik və komitə saxlansın.

Prezidentin “Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi və institusional islahatların sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında” 16 aprel 2014-cü il tarixdə imzaladığı Fərmanda Kənd Təsərrüfatı Nazirliyi qarşısında mühüm vəzifələr qoyulub.

Adıçəkilən Fərmanın 2.3. bəndində Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan və fəaliyyəti məqsədə uyğun hesab edilməyən təsərrüfat hesablı dövlət müəssisə və təşkilatlarının ləğvi, özəlləşdirilməsi, yenidən təşkili və idarəetməyə verilməsi nəzərdə tutulur.

Lakin Fərmanın aidiyyatı bəndi icraya məsul olan Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəhbəri Azər Süleymanovun başı tabeliyində olan baytarların əli ilə səlahiyyətlərindən kənar işlərə qarışıb.

Qanunsuz heyvandarlıq məhsullarının satışı ilə mübarizə etmək funksiyasını daşıdığı halda şadlıq evlərindən, iaişə obyektlərindən baytarlıq xidməti göstərmək adı altında, habelə küçələrdə, sanitariya tələblərinə cavab verməyən yerlərdə, heç bir spesifik müayinə aparılmadan satılan cəmdəklərə möhür vuraraq qanunsuz pullar yığılır.

Şərhlər

XƏBƏR LENTİ