SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Prezident xəstəxanaya yerləşdirilən türkiyəli deputatla şəxsən maraqlanıb

Prezident xəstəxanaya yerləşdirilən türkiyəli deputatla şəxsən maraqlanıb

Tarix:

16-03-2018, 16:58

/ 1 338 dəfə oxundu.
Prezident xəstəxanaya yerləşdirilən türkiyəli deputatla şəxsən maraqlanıb

Prezident İlham Əliyev bu gün VI Qlobal Bakı Forumunun gedişində çıxış edərkən qəfildən halı pisləşən İslam Əməkdaşlığı Təşkilatının Baş katibi, türkiyəli deputat Əkmələddin Ehsanoğlunu şəxsən nəzarətə götürüb.
Musavat.com bununla bağlı mötəbər mənbələrə istinadən xəbər verir. Məlumata görə, ölkə rəhbərinin müvafiq göstərişlərindən sonra Baş katib Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib və operativ müayinələrdən sonra tıxanmış damar açılıb, stend qoyulub. Odur ki, türkiyəli deputatın durumunun daha da kritikləşməsinin qarşısı alınıb.
Musavat.com-a o da bəlli olub ki, deputatın həyat yoldaşı da onunla birlikdə Bakıda, Forumda olub. Həyat yoldaşı dövlətimizin başçısının həssas yanaşmasına və həkimlərin peşəkaralığına görə Forumun təşkilatçılarına minnətdarlıq edib. Bildirib ki, əgər eyni vəziyyət tədbirin gedişi zamanı yox, ondan əvvəl və ya sonra yaransaydı, fəlakətli hadisə olardı. Deputatın həyat yoldaşı Azərbaycan səhiyyəsinə yüksək etimadını da ifadə edib.

Şərhlər

XƏBƏR LENTİ