Nazir kadr dəyişikliyi etdi: partlayış baş verən zavodun baş direktoru "vuruldu"
Müdafiə Sənayesi Nazirliyində (MSN) kadr dəyişikliyi baş verib.
xalqxeber.az "AzeriDefence”ə istinadən xəbər verir ki, nazirliyin aparıcı müəssisələrindən olan "Üfiq” İstehsalat Birliyinin baş direktoru Ramiz Məmmədov tutduğu vəzifədən azad edilib. Onun yerinə "Optika-Mexanika” İstehsalat Birliyinin baş direktoru Çingiz Əliyev təyin olunub. Bununla yanaşı, "Üfiq” İstehsalat Birliyinin strukturlarında da kadr dəyişiklikləri olub.
Qeyd edək ki, son illərdə R. Məmmədovun rəhbərlik etdiyi "Üfiq” İstehsalat Birliyinin müəssisələrində bir neçə hadisə olub. İki il öncə – 2016-cı ildə Birliyin Şirvan şəhərindəki "Araz” zavodunda ölümlə nəticələnən partlayış, fevralın 6-da isə "Radioquraşdırma” zavodunun anbarında yanğın baş verib.
MSN-dən "Azeri Defence”yə kadr dəyişikliyi xəbərini təsdiqləyiblər. Nazirlikdən bildirilib ki, bu günlərdə aparılan kadr dəyişikliyi nəticəsində "Optika-Mexanika” İstehsalat Birliyinin baş direktoru Çingiz Əliyev "Üfiq” İstehsalat Birliyinə, "Üfiq” İstehsalat Birliyinin baş direktoru Ramiz Məmmədov isə "Optika-Mexanika” İstehsalat Birliyinə rəhbər təyin edilib.
Mia.az xəbər verir ki, "Üfiq” İstehsalat Birliyi "Optika-Mexanika” İstehsalat Birliyindən dəfələrlə kiçik müəssisədir. Yəni, Ramiz Məmmədovun ora təyinatı cəzalandırma kimi dəyərləndirilə bilər. Görünür, R.Məmmədov nəzarətində olan müəssisələrdə baş verən hadisələrə görə daha geniş səlahiyyətlərdən məhrum edilib.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək