SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Təhsil Nazirliyi "bu gündən qeydiyyat başlayır" dedi, sistem çökdü

Təhsil Nazirliyi "bu gündən qeydiyyat başlayır" dedi, sistem çökdü

Tarix:

22-02-2018, 11:45

/ 1 208 dəfə oxundu.
Təhsil Nazirliyi "bu gündən qeydiyyat başlayır" dedi, sistem çökdü

Bu gün 1-ci sinifə qəbulla bağlı elektron müraciət başlayıb.

Qeydiyyatın saat 10:00-dan başlayacağı elan olunsa da, valideynlər sayta daxil olmaqda çətinlik çəkirlər.

Belə ki, elektron qeydiyyat üçün nəzərdə tutulan mektebeqebul.edu.az saytı, demək olar ki, işləmir. Sayt gec açılır və orada əməliyyat etmək mümkünsüzdür.

Bu gün başlanan qeydiyyat səbəbindən sistemdə yüklənmə olacağını ehtimal etmək o qədər də çətin deyildi. Belə olan təqdirdə Təhsil Nazirlyinin bunu nəzərə almaması və heç bir addım atmaması anlaşılan deyil. Valideynlərin də iradı bununla bağlıdır ki, belə bir ehtimalı nazirlik niyə nəzərə alıb, saytın texiki imkanlarını genişləndirməyib.

"Göstərilən vaxtdan sistemə daxil olmağa çalışırıq. Lakin səylərimiz nəticəsizdir. Nazirliyin məsuliyyətsizliyi səbəbindən, həm zamanımızı itiririk, həm də əsəblərimiz korlanır", - deyir valideynlər.

Şərhlər

XƏBƏR LENTİ