XalqXəbər.Az

XalqXeber.Az » Sosial » Nərimanov Rayon İcra Hakimiyyəti başçısı Abdin Fərzəliyev Təbriz küçəsi 55 ünvanda sakinlərlə növbəti səyyar qəbul keçirmişdir

Nərimanov Rayon İcra Hakimiyyəti başçısı Abdin Fərzəliyev Təbriz küçəsi 55 ünvanda sakinlərlə növbəti səyyar qəbul keçirmişdir

Nərimanov Rayon İcra Hakimiyyəti başçısı Abdin Fərzəliyev Təbriz küçəsi 55 ünvanda sakinlərlə növbəti səyyar qəbul keçirmişdir
21-02-2018, 11:45

Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin Nərimanov rayonu, Təbriz küçəsi 55 ünvanda rayon sakinləri ilə növbəti səyyar görüşü keçirilmişdir.
Rayonun bələdiyyə, hüquq mühafizə, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət sahələri rəhbərlərinin, ərazi icra nümayəndələrinin, həmçinin 150 nəfərə qədər sakinin iştirak etdiyi qəbulda Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev rayon sakinlərini salamlayaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkə həyatının bütün sahələrində olduğu kimi, sosial-iqtisadi sahədə də yüksək nailiyyətlərin əldə edildiyini bildirmiş, eyni zamanda, respublikamızda aparılan uğurlu sosial-iqtisadi siyasət nəticəsində Bakı şəhərinin aparıcı rayonlarından olan Nərimanov rayonunun da hərtərəfli inkişafı üçün böyük işlər görüldüyünü və bu işlərin hazırda da uğurla davam etdirildiyini vurğulamışdır.
Sakinlərin onları narahat edən məsələlərlə bağlı verdikləri sualları ətraflı cavablandıran A.Fərzəliyev əhalinin problemlərinin həlli, sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirləri xüsusi vurğulayaraq, onları maraqlandıran məsələlər ətrafında müzakirələr aparmışdır.
Natiq, eyni zamanda rayon ərazisində geniş vüsət alan Pilot layihələrdən söz açaraq, dövlət əhəmiyyətli bu tədbirin sakinlərin mənzil kommunal şəraitlərinin əhəmiyyətli dərəcədə yaxşılaşmasına səbəb olacağını və yaxın zamanlarda onların tam kommunal şəraitli, təmirli mənzillərlə təmin olunmaqla sözügüdən layihənin nəticələrindən bəhrənələcəklərini söyləmişdir.
Səyyar qəbulda çıxış edən sakinlərin təbii qaz, elektrik enerjisi və su təchizatı, sosial müdafiə, təhsil, mədəniyyət, səhiyyə, məşğulluq və s. məsələlərlə əlaqədar problemləri dinlənilmiş, onların rəy və təklifləri nəzərə alınmış, bəzi müraciətlərin həlli yerindəcə reallaşdırılmış və yaxud onlarla bağlı aidiyyəti səlahiyyətli şəxslərə konkret tapşırıqlar verilmiş, bəzilərinin həlli ilə bağlı isə müvafiq araşdırmalara ehtiyac duyulduğuna görə nəzarətə götürülərək, bu barədə vətəndaşlara ətraflı izahat verilmişdir.
Sakinlər də öz növbəsində istər ölkəmizdə, eləcə də rayon ərazisində gedən genişmiqyaslı abadlıq və quruculuq işlərindən, aparılan köklü islahatlardan razılıq ifadə edərək, onlara göstərilən diqqət və qayğıya görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildirmişlər.
Qeyd olunmuşdur ki, yerlərdə keçirilən bu cür görüşlər əhalinin qayğı və problemlərinin yerindəcə öyrənilməsi və operativ həllinə geniş imkan yaradır.
Sonda rayon icra hakimiyyətinin başçısı, sakinlər tərəfindən qaldırılan məsələlərin tez bir zamanda həlli ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə müvafiq tapşırıqlar vermiş, həmçinin rayonun idarə, müəssisə və təşkilat rəhbərləri və digər məsul şəxslərdən onlara müraciət edən hər bir vətəndaşın bu və ya digər problemlərinə həssaslıqla yanaşmalarını tələb etmişdir.
Nərimanov Rayon İcra Hakimiyyəti başçısı Abdin Fərzəliyev Təbriz küçəsi 55 ünvanda sakinlərlə növbəti səyyar qəbul keçirmişdir
Nərimanov Rayon İcra Hakimiyyəti başçısı Abdin Fərzəliyev Təbriz küçəsi 55 ünvanda sakinlərlə növbəti səyyar qəbul keçirmişdir
Nərimanov Rayon İcra Hakimiyyəti başçısı Abdin Fərzəliyev Təbriz küçəsi 55 ünvanda sakinlərlə növbəti səyyar qəbul keçirmişdir

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.