SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Meriyada 4 “dublikat” idarə ləğv edilir: Abutalıbovun bu qurumları nə iş görür?

Meriyada 4 “dublikat” idarə ləğv edilir: Abutalıbovun bu qurumları nə iş görür?

Tarix:

20-02-2017, 00:22

/ 2 022 dəfə oxundu.
Meriyada 4 “dublikat” idarə ləğv edilir: Abutalıbovun bu qurumları nə iş görür?

Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan bəzi şəhər idarələrinin ləğvi gündəmə gəlib

Verilən məlumata görə, BŞİH-nin tabeliyində şəhər idarələri fəaliyyət göstərir.

Bu idarələrin birləşdirilməsi və ləğvi meriyanın xərclərinə maksimum dərəcədə qənaət etməyə hesablanıb. Hazırda BŞİH-də İqtisadiyyat Komitəsi adlanan idarə fəaliyyətdədir.

Bu idarənin profili və fəaliyyəti qeyri-müəyyəndir. Buna bənzər Diplomatik Korpusa və Xarici Nümayəndəliklərə xidmət göstərən "İnterservis" müdriyyəti var. Bu idarənin də nə iş gördüyü ictimaiyyətə aydın deyil.

Adı çəkilən idarələrin funksiyaları İqtisadiyyat Nazirliyi ilə Xarici İşlər Nazirliyi həyata keçirir. BŞİH-in tərkibindəki bu idarələrin vəzifələri isə izafi xərclərə səbəb olur. Qurumun tabeliyində Gənclər və İdman İdarəsi ilə Reklam və İnformasiya İdarəsi fəaliyyətdədir.

Birincinin vəzifələrini Gənclər və İdman Nazirliyi, ikincinin işini isə Mədəniyyət və Turizm Nazirliyi, qeyri-hökumət təşkilatları, piar holdinqlər, media icra edir. Göründüyü kimi, struktur islahatlarının davamını BŞİH-də tətbiq etmək mümkündür.

Verilən məlumata görə, Mənzil Kommunal və Texniki Xidmət Sahələri, Ticarət və Xidmət Departamenti, Yaşıllaşdırma Təsərrüfatı Birliyi, Memarlıq və Şəhərsalma Baş İdarəsi, Mənzil-Kooperativ Təsərrüfatı İdarəsi işini davam etdirəcək.

Hələ 2015-ci ildə prezident İlham Əliyev bir-birini tərarlayan qurumlarda struktur islahatlarının vacibliyini qeyd etmişdi: “"Hesab edirəm ki, inkişafa mane olan, xüsusilə idarəetmə sahəsində problem yaradan amillər də aradan qaldırılmalıdır. Burada da çox ciddi islahatlara ehtiyac var. Bəzi strukturlar bir-birinin fəaliyyətini təkrarlayır, biz buna da yol verməməliyik, burada optimallaşdırma siyasəti aparılmalıdır və bu sahəyə də diqqət verilməlidir”.

Onu da demək yerinə düşər ki, neftin qiyməti ilə əlaqədar istər büdcə, istərsə də özəl təşkilatlarda xərcləri azaltmaq məqsədilə investisiyaları məhdudlaşdırmaqla bir sıra istiqamətlərdə ixtisarlara getmək təbii sayılır və bu bəzən, hətta qaçılmaz xarakter daşıyır.

Ancaq bu proses həm özəl, həm də dövlət sektorunda çox ağrılı təsir bağışlamaqla yanaşı, ciddi rezonans doğurur.

O səbəbdən ki, bu və ya digər böhran üzündən kəskin ixtisarlara getməmək üçün əslində, qabaqcadan heç bir əsas saxlanılmamalı və xərclərin azaldılması sırf maliyyə vəsaitlərinin sıxışdırılması hesabına başa gəlməlidir.

Çünki özəl sektorda ixtisarlar çox vaxt maliyyələşdirmə problemləri ilə əlaqədar ortaya çıxsa da, dövlət orqanlarında qeyri-səmərəli idarəetmə şəraitindən irəli gəlir.

Şərhlər

XƏBƏR LENTİ