Eldar Əzizov dörd qurumun fəaliyyətinə xitam verdi (SİYAHI)
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov icra hakimiyyəti strukturunu optimallaşdırmaq və idarə edilməsini təkmilləşdirmək məqsədilə bir sıra sturkturu ləğv edib.
Bu barədə belediyye.infoya daxil olan məlumatda bildirilir ki, icra strukturuna aid edilən Xarici əlaqələr və İnvestisiya proqamları Departamenti, Baki Kino xidməti idarəsi, İqtisadiyyat Komitəsi və Bakı şəhər Ekspertiza mərkəzi ləğv edilib.
Qeyd edək ki, İqtisadiyyat Komitəsi və Kino Xidməti İdarəsi hələ keçmiş sovet dövründən bu strukturda saxlanılırdı. Xarici əlaqələr və İnvestiya proqramları Departamenti isə 1997-ci ildə yaradılmışdır.
Eldar Əzizov bir müdddət əvvəl işdən azad etdiyi BŞİH Aparat rəhbəri olmuş vəzifəsindən azad edərək Rasim Quliyevi Xarici əlaqələr və İnvestisiya proqamları Departamentinə sədr təyin etmişdi.
Struktur dəyişkiliyi barədə məlumatı icra hakimiyyətindən də təsdiq ediblər.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...