SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Deputatın “Lerik broyleri”nin “Azəriqaz”la müdhiş qaz oğurluğu

Deputatın “Lerik broyleri”nin “Azəriqaz”la müdhiş qaz oğurluğu

Tarix:

5-02-2018, 11:57

/ 1 645 dəfə oxundu.
Deputatın “Lerik broyleri”nin “Azəriqaz”la müdhiş qaz oğurluğu

“Lerik Broyler” MMC “Azərişıq” ASC-ni məhkəməyə verib
Şirkət ASC-yə qarşı maddi ziyanın ödənilməsi barədə iddia qaldırıb.
1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi iddianı qismən təmin edib. Bakı Apellyasiya Məhkəməsi qətnaməni qismən ləğv edib.
İşə Ali Məhkəmədə baxılır. “Lerik Broyler” MMC-nin məhsulları “Lebro” brendi ilə satışa çıxarılır.
Lakin işin başqa tərəfləri üzə çıxıb. İstehsalat mərkəzi Lerikin Piran kəndində yerləşən şirkətin baş ofisi Bakıdadır.
Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı yazıb ki, Lənkəran Regional Qaz İstismarı İdarəsinin rəisinin Lerik sahəsi üzrə müavini Əzizağa Şahpələngov 7 aydan artıqdır işə çıxmır.
Buna səbəb Lerik sahəsi üzrə qəbul olunan qazın satılan qazdan artıq olmasdır. Ə.Şahpələngov yaranan itkinin izahatını isə Lerikdə fəaliyyət göstərən “Lerik broyler” MMC-nin sayğacsız oğurluq qazdan istifadə etməsi kimi göstərib.
Məlumatda qeyd olunur ki, “Lerik broyler”in sahiblərinən biri Məmmədov İqbal Nəriman oğludur. O, Lerikin deputatıdır.
Eyni zamanda “Azəriqaz” İB-nin direktoru Əkbər Hacıyevlə yaxın dostdur və SOCAR şefi Rövnəq Abdullayevin komandasıdırlar.
Deputatla Şahpələngov qohumdurlar. Onun oğurluq qaz barədə izahatı qəzəbə səbəb olub.
Onu Lerikdən “deportasiya” ediblər. Amma deputat işə qarışıb və qohumunu saxladıb. Buna görə Ə.Hacıyevə ağız açıb.
Lerik sahəsinə rəis müavini vəzifəsinə isə məcburi qaydada Lənkəran Regional Qaz İstismarı İdarəsinin mühasibi Ülfət Bəbirov göndərilib.
Sual olunur ki, cənab Əkbər müəllim, Əzizağa Şahpələngov əmək müqaviləsində qeyd olunan işə çıxmırsa ona hansı əsasa görə 2450.00 AZN aylıq əmək haqqı verirsiz, üstəlik 10 faiz yüksəklik pulu verilir?
Lənkəran Regionunun mühasibini hansı əsasla Lerik sahəsində əmirsiz ona aylıq əmək haqqı 688.00 AZN verməklə islədirsiz? Hörmətli Azəriqaz rəhbərləri, hansı əsasla dövlətin pulunu göyə sovurursunuz?
İqbal Məmmədova məxsus olan "Lerik Broyler" MMC ("Lebro") ətraf mühiti çirkləndirmək, ekologiyaya ziyan vurmaq, xəstəlik yaymaqla məşğuldur. Əslində bu quşçuluq fabriki Lerikin başqa ərazisində tikilməli imiş.
Amma İqbal Məmmədov hansısa səbəbdən onun Piran kəndində tikilməsinə qərar verib. Hətta tikintidən əvvəl millət vəkili sakinləri aldatmağı da unutmayıb. Belə ki, kənd sakinlərinə burda şirə sexininin inşa olunacağı bildirilib.
Amma sonradan – özü də dövlətin kəndlilər üçün ayırdığı pay torpağında quşçuluq fabriki tikilib.
İqbal Məmmədovun atası Nəriman Məmmədov və qardaşı Çingiz Məmmədov tərəfindən idarə olunan "Lerik Broyler" MMC ekologiyaya ziyan vurmaqla məşğuldur.
Hər ay bir dəfə fabrikdə aparılan toyuq kəsimi zamanı tonlarla qanlı su, sakinlərin təsərrüfatına və Lerikdəki Bəşəru çayına axıdılır.
Bu çaydan isə sakinlər içməli suya ehtiyacını ödəyir, təsərüfatlarını suvarır. Şikayətçilər bildirir ki, artıq kənddəki artezian quyularının suyundan da istifadə etmək mümkün deyil. Çünki quşçuluq fabrikinin ətrafa axıdılan çirkli sularının sızıntısı quyuların da çirklənməsinə səbəb olub.

Fia.Az

Şərhlər

XƏBƏR LENTİ