SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Xaləddin İsgəndərovun 750 minə satdığı YAP-ın binası - ÖZƏL TİBB MÜƏSSİSƏSİ KİMİ FƏALİYYƏT GÖSTƏRƏCƏK

Xaləddin İsgəndərovun 750 minə satdığı YAP-ın binası - ÖZƏL TİBB MÜƏSSİSƏSİ KİMİ FƏALİYYƏT GÖSTƏRƏCƏK

Tarix:

29-01-2018, 16:13

/ 1 430 dəfə oxundu.
Xaləddin İsgəndərovun 750 minə satdığı YAP-ın binası - ÖZƏL TİBB MÜƏSSİSƏSİ KİMİ FƏALİYYƏT GÖSTƏRƏCƏK

Binəqədi Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Xaləddin İsgəndərovun 750 min manata satdığı YAP Binəqədi rayon təşkilatının binası özəl tibb müəssisəsi kimi fəaliyyət göstərəcək.
Gununsesi.info hələ bir neçə ay bundan öncə Xallədin İsgəndərovun icra hakimiyyətinin balansında olan, 8-ci mikrorayon ərazisində yerləşən və 2013-cü ilədək YAP-ın rayon təşkilatının qərargahı kimi fəaliyyət göstərən binanı satması barədə xəbər yazmışdı. Binanın ərazisinin 0,15 ha olduğunu və hər bir sotunun 50 min manata satıldığını qeyd etmişdik.
O zaman sözügedən binanın hansı məqsədlər üçün satıldığı bəlli olmasa da, bu günlərdə Gununsesi.info-ya məlumat verən mənbə deyib ki, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısının satdığı bu bina gələcəkdə özəl tibb müəssisəsi kimi fəaliyyət göstərəcək.
Qeyd edək ki, 2013-cü ildə YAP-ın Binəqədi rayon təşkilatı yeni binaya köçdükdən sonra sözügedən bina icra hakimiyyətinin balansına keçirilib və burada “Binəqədi” qəzeti, Binəqədi rayon Ağsaqqallar Şurası və RİH yanında İctimai Şura fəaliyyət göstərib.
Onu da qeyd etmək yerinə düşər ki, bu bina YAP üçün respublika ərazisində rayon təşkilatları üçün tikilən ilk binalardan biri olub. Bina bir zamanlar Abbas Mustafayevin YAP Binəqədi təşkilatına sədrlik etdiyi bir vaxtlarda inşa edilib. Binanın rəsmi açılışında Milli Məclis mərhum sədri Murtuz Ələsgərov da iştirak edib.
2017-ci ildə “Binəqədi” qəzeti fəaliyyətini dayandırdıqdan sonra burada ancaq rayon Ağsaqqallar Şurası və RİH yanında İctimai Şura fəaliyyətini davam etdirib. Lakin 2017-ci ilin sonunda Xaləddin İsgəndərov icra hakimiyyətinin balansında olan həmin binanı satıb. Hazırda binada təmir işləri gedir.

Mövzu ilə bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.
Xaləddin İsgəndərovun 750 minə satdığı YAP-ın binası - ÖZƏL TİBB MÜƏSSİSƏSİ KİMİ FƏALİYYƏT GÖSTƏRƏCƏK
Xaləddin İsgəndərovun 750 minə satdığı YAP-ın binası - ÖZƏL TİBB MÜƏSSİSƏSİ KİMİ FƏALİYYƏT GÖSTƏRƏCƏK
Xaləddin İsgəndərovun 750 minə satdığı YAP-ın binası - ÖZƏL TİBB MÜƏSSİSƏSİ KİMİ FƏALİYYƏT GÖSTƏRƏCƏK
Xaləddin İsgəndərovun 750 minə satdığı YAP-ın binası - ÖZƏL TİBB MÜƏSSİSƏSİ KİMİ FƏALİYYƏT GÖSTƏRƏCƏK

Şərhlər

XƏBƏR LENTİ