SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Sözün bitdiyi an – Məcburi köçkünə qayıq yox, ev lazımdır? – REPORTAJ – FOTO

Sözün bitdiyi an – Məcburi köçkünə qayıq yox, ev lazımdır? – REPORTAJ – FOTO

Tarix:

25-01-2018, 11:32

/ 2 119 dəfə oxundu.
Sözün bitdiyi an – Məcburi köçkünə qayıq yox, ev lazımdır? – REPORTAJ – FOTO

Ulu öndər Heydər Əliyev və onun layiqli davamçısı İlham Əliyev, o cümlədən Heydər Əliyev Fondunun Prezidenti, ölkənin birinci vitse-prezidenti Mehriban Əliyeva hər zaman şəhid ailələri, müharibə veteranları, məcburi köçkünlərin yaşayış şəraitinə diqqətlə yanaşıblar. Bu gün ölkəmizdə bu təbəqədən olan insanların həyat və yaşayış şəraitlərinin yaxşılaşdırılması üçün müxtəlif layihələr həyata keçirilir, yeni-yeni mənzillər tikilərək onlara verilir.
Elə bu yazımızda da bir məcburi köçkün ailəsinin yaşayış şəraitindən söz açacağıq. Və ümid edirik ki, tez bir zamanda həmin məcburi köçkün ailəsi də, sevinəcək. Düzdür, qeyd edəcəyimiz məcburi köçkün ailəsi bir müddət öncə mətbuatda çıxış etmişdi. Amma sonradan həmin məcburi köçkün ailəsi etdiyi müraciətləri dayandırdı. Əcəba, vətəndaşın problemi həll olundumu? Elə bu suala cavab tapmaq üçün məcburi köçkünün yaşadığı ünvana yollandıq.
Qeyd edək ki, barəsində bəhs etdiyimiz məcburi köçkün Cəbrayıl rayon sakini, hazırda Sabunçu rayonu Anaşkin küçəsində yerləşən qarajda məskunlaşmış Adilə Həsənovadır. Bu şəxs barəsində onu bildirək ki, 20 ildən artıqdır, mavi yanacağı olmayan, yağan yağışın başına töküldüyü qaraj binasında məskunlaşıb. Vətəndaş ötən aylarda ölkə başçısından tutmuş, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənova kimi bir çox dövlət rəsmilərinə mənzillə təmin olunması barədə müraciətlər etmişdi. Amma vətəndaşın çoxsaylı müraciətlərinə heç bir cavab verilmədiyindən yerli mətbuata üz tutaraq probleminin həllinə kömək edilməsini xahiş etdi. Mətbuat da bu məsələni diqqətdə saxladı. Edilən müraciətlər nəticə verdi, “Qaçqınkom” sədrinin müavini Garay Fərhadov vətəndaşı şəxsən qəbul etdi, problemini dinlədi. Növbəti günlərdə isə, həm Garay Fərhadov, həm də “Qaçqınkom”un məsul şəxslərindən olan Elman İsmayılov vətəndaşla şəxsən əlaqə saxlayaraq probleminin həll olunduğunu və sənədinin üstünün yazıldığını bildirdilər. Və Ramana qəsəbəsində inşa edilən binanın açılışını gözləməyi xahiş etdilər. Nəhayət, mənzillərin açılışı oldu, hələ həmin binaya məcburi köçkünlər də köçürüldü. Amma Adilə Həsənovanın adını tutan olmadı. Elə buna görə də, vətəndaş demək olarki ayda bir neçə dəfə “Qaçqınkom”a üz tutaraq, ona verildiyi sözün yerinə yetirilməsini xahiş etdi. Amma…
“Anti-sanitariya baş alıb gedir”
Biz də problemin həll olunub-olunmadığını dəqqiqləşdirmək qərarına gəldik. Adilə Həsənovanın yaşadığı ünvanda olaraq, yaşayış şəraiti ilə yerindəcə tanış olduq. Qeyd edək ki, uzun illərdir fəaliyyəti dayanmış qaraj baxımsız vəziyyətdədir. Giriş qapısından tutmuş vətəndaşın yaşadığı otağa kimi anti-sanitariya baş alıb gedir. Hətta yad adam gələrsə, burada insan yaşadığını ağlına gətirə bilməz. Çünki adicə yolu olub, amma hərəkətin mümkünsüz olduğu şəkillərdən də görünür. Bir az yağış yağan kimi böyük gölməçə əmələ gəlir. Vətəndaş qeyd edir ki, qışda yığılan yağış suları yayda da qurumur. Hətta yayda və qışqa bu gölməçələr müxtəlif həşəratların məskəni olur. Adilə Həsənova deyir ki, bir dəfə Ekologiya Nazirliyindən nümayəndələr gəlmişdi, vəziyyəti gözləri ilə gördükdə dəhşətə gəldilər. Və buranın yaşayış üçün mümkünsüz olduğunu bildirdilər: “Amma mən məcburiyyətdən burada qalıram. Neyləyim, başqa yerim yoxdur. Prezidentimiz İlham Əliyevin tapşırığı ilə “Qaçqınkom” sədri Əli Həsənov məcburi köçkünləri sevndirir. Ümid edirəm bu sevinc payından mənə də düşəcək”.
“Qaraj otağı o dərəcədə soyuqdur ki, çöldəki soyuqdan heç seçilmir”
Vətəndaşın yaşadığı mənzil daxil olurub. Mənzil adlandırdığımız qaraj otağı o dərəcədə soyuqdur ki, çöldəki soyuqdan heç seçilmir. Hətta bəlkə də, çöl içəridən isti olar. Yeri beton olan otağın tavanı isə yağış sularından saralıb. Adilə Həsənova deyir ki, ayda 3-4 dəfə “Qaçqınkom”a getməyi səbəbsiz deyil: “Aldığım çörək pulu mənə bəs etmir. Burada qaz olmadığından məcburam elektrik enerjisindən istifadə edəm. Aldığım çörək pulu ilə bilmirəm yemək bişirəm, yoxsa otağı qızdıram. Mənim vəziyyətimlə “Qaçqınkom”un Sabunçu rayon şöbəsinin nümayəndələri tanış olub. Hər şeyi gözləri ilə görüblər. Yəni inanmıram ki, məndən acınacaqlı vəziyyətdə yaşayan ola. Ona görə də, xahiş edirəm ki, məni mənzillə təmin etsinlər”.
Bu arada onu qeyd edək ki, biz çəkilişdə olduğumuz zaman böyük səs-küyün gəldiyini eşitdik. Həyətə çıxdıqda məlum oldu ki, qarajın bir tərəfində dəmir əritmə sexi fəaliyyət göstərir. Vətəndaş bildirir ki, gecənin bir aləmi dəmir boşaldanların səsindən yatmaq da olmur.
Məcburi köçkün Adilə Həsənova sonra “Qaçqınkom” sədrindən bir daha xahiş etdi ki, iki qız övladı ilə onu sevindirsin: “Canımdan bezmişəm, bu şəraitdə artıq yaşaya bilmirəm. “Qaçqınkom”da elə bir adam olmaz ki, mənim problemimdən xəbəri olmasın. Ona görə də, tezliklə xoş xəbər gözləyirəm”.

Kivnews.com
Sözün bitdiyi an – Məcburi köçkünə qayıq yox, ev lazımdır? – REPORTAJ – FOTO
Sözün bitdiyi an – Məcburi köçkünə qayıq yox, ev lazımdır? – REPORTAJ – FOTO
Sözün bitdiyi an – Məcburi köçkünə qayıq yox, ev lazımdır? – REPORTAJ – FOTO
Sözün bitdiyi an – Məcburi köçkünə qayıq yox, ev lazımdır? – REPORTAJ – FOTO
Sözün bitdiyi an – Məcburi köçkünə qayıq yox, ev lazımdır? – REPORTAJ – FOTO
Sözün bitdiyi an – Məcburi köçkünə qayıq yox, ev lazımdır? – REPORTAJ – FOTO

Şərhlər

XƏBƏR LENTİ