SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Rabitə sistemində peşəkar kadr problemi - GƏLİŞMƏ

Rabitə sistemində peşəkar kadr problemi - GƏLİŞMƏ

Tarix:

20-01-2018, 13:07

/ 1 592 dəfə oxundu.
Rabitə sistemində peşəkar kadr problemi - GƏLİŞMƏ

Keçmiş təhlükəsizlik naziri Eldar Mahmudovun vəzifədən azad edilməsindən sonra başlanan “MTN-işi”, ona bağlı olaraq həyata keçirilən “Rabitə işi” üzrə proseslər bu gün də davam etməkdədir. 2015-ci ildən bu günə qədərki müddətdə vəzifə və səlahiyyətlərindən istifadə edərək dövlətə, sahibkarlara külli miqdarda maddi zərər vurmuş bir sıra yüksək rütbəli məmurlar qanun qarşısında cavab verdilər. “MTN-işi” əməliyyatları çərçivəsində o zaman Rabitə və Yüksək Texnologiyalar Nazirliyi kimi adlanan dövlət qurumunun da xeyli sayda yüksək çinli məmurları istintaqa cəlb olundu. Onlar da öz növbəsində dövlətə külli miqdarda ziyan vurmaqda ittiham edilirdilər...

Son olaraq Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində iki müavin də vəzifədən azad olunub.

Belə ki, Unikal.org-un məlumatına görə, qurumda aparılan islahatlara görə, nazir müavinləri İltimas Məmmədov və Elmir Vəlizadənin tutduqları vəzifə ixtisar olunub.

Əvəzində isə Əli İzzət oğlu Abdullayev nazirin rabitə üzrə müavini təyin edilib. Nəqliyyat üzrə müavin vəzifəsinə isə hələlik təyinat olmayıb.

Heç şübhəsiz ki, ciddi qanun pozuntusu olmasa qurumlardan hansısa yüksək rütbəli məmurlar həbs edilməz, vəzifələrindən uzaqlaşdırılmazdılar. Bu baxımdan baş verən proseslərə haqq vermək olar. Lakin bir məqam da var ki, rabitə sahəsi sıradan sistem deyil və bu sahəni dərindən öyrənmək, təcrübələrə yiyələnmək üçün uzun zaman lazımdır. Hansı ki, vəzifəsindən uzaqlaşdırılan, həbs edilən məmurların bir hissəsi dövlətə qarşı cinayət törətsələr də öz işlərinin peşəkarları idi.

Məlumat üçün bir məqamı da qeyd edək ki, “Rabitə işi” üzrə korrupsiya və irihəcmli mənimsəmə ittihamı ilə həbs edilən yüksək vəzifəli şəxslərinin bir çoxu azadlığa buraxılıb, qalanların isə cəzaları xeyli azaldılıb. Məhkəmə bu qərarını onların dövlətə vurduqları zərəri bütünlüklə ödəmələri ilə əsaslandırıb.

Bütünlükdə isə Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən “Rabitə işi” üzrə təqsirləndirilən şəxslərin hamısından 119 milyon 468 min pulun müştərək qaydada alınaraq, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin balansına keçirilməsi haqqında qərar qəbul edilmişdi. Bu zərərin ödənməsindən sonra nazirliyin sabiq aparat rəhbəri Vidadi Zeynalov, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin sabiq direktoru Beytulla Hüseynov və onların yaxınlarına məxsus xeyli sayda əmlakın üzərindən həbs götürülüb.

Keçək əsas məsələyə: Bu gün onların yerinə təyin olunanlar yaranmış boşluğu doldura biləcəklərmi?

Son zamanlar ölkədə internet problemi yaşanır. İctimaiyyətdə belə bir fikir var ki, yaşanan internet probleminin kökündə də elə rabitə sahəsində yaranmış bu boşluqdur.

Elə son olaraq nazirin rabitə üzrə müavini təyin edilən Əli Abdullayevin ixtisasına, gördüyü işlərə nəzərə salaq. Belə ki, məlumatlara görə, Əli Abdullayev 1999-cu ildə Azərbaycan Universitetini Beynəlxalq münasibətlər ixtisası üzrə, 2005-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi idarəetmə fakültəsini hüquqşünaslıq ixtisası üzrə bitirib. Daha sonra ixtisası üzrə müxtəlif vəzifələrdə çalışıb. Məsələn, 2000-2006-cı illərdə Əmlak Məsələləri Dövlət Komitəsində Hüquq şöbəsinin müdiri vəzifəsində, 2007-2016-cı illərdə Hərracların Təşkili üzrə Auksion Mərkəzinin baş direktoru vəzifəsində, 2013-2016-cı illərdə Heydər Əliyev Fondunda hüquq məsələləri üzrə ekspert fəaliyyəti göstərmişdir. 2016-cı ildən isə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Aparat rəhbəri vəzifəsində işləyib. 23.06.2016-cı il tarixində Rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini təyin edilib.

Qeyd edək ki, nazir Ramin Quluzadə də Azərbaycan Dövlət İqtisad İnstitutunu bitirib.

“Yeni Müsavat”a daxil olan məlumata görə son zamanlar Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində kütləvi ixtisarlar başlayıb. Nazirlik və qurumlarında kiçik vəzifələrdə təmsil olunan rabitəçiləri belə işdən azad edib, yerlərinə qeyri-ixtisas sahiblərini qoyurlar: “Əsasən hüquqşünasları, filologiya müəllimlərini bir də haradasa internet klubu işlədən, internetdən bir az başı çıxan adamları işə götürürlər. Vəzifədən azad edilənlər isə illərdir rabitə sahəsində çalışan, işinin peşəkarlarıdır. Buna görə də internetin keyfiyyətinin artırılması istiqamətində nəzərdə tutulan layihələrin icrası gecikir. Çünki yeni təyin olunan şəxslərin rabitə sahəsindən ümumiyyətlə, anlayışı yoxdur. Elə adam var ki, Təfəkkür Universitetinin filologiyasını bitirib, gətirib onu sahə rəisi qoyurlar. Bu baxımdan demək olar ki, aparılan islahatlar ölkədə rabitə sahəsinin in kişafın ləngiyir”.

Deyilən fikirlərlə bağlı nazirliyin rəsmi mövqeyini almağa cəhd etdik. Lakin buna nail ola bilmədik.

Şərhlər

XƏBƏR LENTİ