SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Yeni direktorun yeni qaydaları:Sumqayıtdakı 9 saylı məktəbdə

Yeni direktorun yeni qaydaları:Sumqayıtdakı 9 saylı məktəbdə

Tarix:

9-01-2018, 13:39

/ 2 525 dəfə oxundu.
Yeni direktorun yeni qaydaları:Sumqayıtdakı 9 saylı məktəbdə

Sumqayıt şəhərindəki 9 saylı məktəbin pedaqoji kollektivi və şagirdləri “yağışdan çıxıb, yağmura düşüblər”
Azərbaycanda səhiyyə və təhsil müəssisələri bəlkə də yeganə sahələrdir ki, asanlıqla birmənalı fikir söyləmək mümkündür. Təbii ki, sözün mənfi mənasında: “besperedel”, “cibgirlik” və s. Ən acınacaqlısı isə odur ki, mediada mütəmadi yazılsa da, ictimai etiraz davamlı olsa da nəinki bu problemin həlli istiqamətində nə isə müşahidə olunmur, əksinə...
Orta təhsil müəssisələrindəki durum da hər bir ölkə insanına bəllidir. Səbəb sadədir: demək olar ki, hər bir ailənin məktəbli uşağı var. Başqa sözlə hər bir ailə istəmədən belə, məktəbdəki yumşaq desək xoşagəlməz əməllərin iştirakçısına çevrilir.
Bu istiqamətdə yeni məlumatlar daxil olub. Əslində buna “yeni məlumatlar” deməmək də olar. Səbəb yuxarıda qeyd etdiyim kimi, orta təhsil müəssisələrinin 90%-nin bir-birinə bənzəməsi, eyni qaydalarla idarə olunmasıdır. Nə isə,...
Bu dəfə fəaliyyətindən bəhs etməyə çalışacağımız təhsil ocağı Sumqayıt şəhərindəki 9 saylı orta məktəbdir. Bu məktəblə bağlı bir müddət əvvəl də medaiada yazılmışdır. İki ay əvvəl isə məktəbin direktoru və müavini vəzifəsindən kənarlaşdırıldı. Hal-hazırda məktəbin direktorunu Həqiqət Abdullayeva əvəz edir. Çoxları ümüd edirdi ki, rəhbərliyin dəyişikliyi qısa zamanda özünü büruzə verəcək. Belə də oldu, qısa zamanda rəhbər dəyişikliyi özünü göstərməyə başladı. Amma,... arzuolunan istiqamətdə yox. Bir az da obrazlı desək, Sumqayıt şəhərindəki 9 saylı məktəbin pedaqoji kollektivi və şagirdləri “yağışdan çıxıb, yağmura düşüblər”.Hər-halda yenixeber.org-a daxil olan məlumatlardan belə məlum olur. Məlumatlarda direktor əvəzi Həqiqət xanımın bunca qısa zamanda “köklü dəyişikliklərə” nail olduğundan, özəl qaydalarının tətbiqindən və nəticənin pedaqoji kollektiv, valideyin və şagirdlər tərəfindən narazılıqla müşahidə olunmasından bəhs olunur.
Məlumata görə, hörmətli Həqiqət xanım summativlərin qiymətləndirilməsində əvvəllər olan 1-i 2-iki edib. İlk baxışdan xırda rəqəm olaraq görünsə də, söhbətin 1000-ə yaxın uşağın təhsil aldığı məktəbdən getdiyini nəzərə alsaq, mənzərə aydınlaşar.
Tədris ilinin bu çağında dərs cədvəlinin dəyişdirilməsi də müxtəlif suallar doğurur. Başqa məktəbdən dəvət olumuş (?) müəllimənin vasitəsi ilə dərs cədvəlinin dəyişdirilməsi nə pedaqoji kollektiv, nə də şagirdlər tərəfindən birmənalı qarşılanmır. Mənbəmizin bildirdiyinə görə, bunda məqsəd müəllimlərlə “yenidən razılaşmaqdır”.
Məktəbə yeni pərdələrin alınması, yuxarı sinif şagirdlərinin dərsə davamiyyəti, rəsmən xəstə müəllimin dərsini tədris etməsi və s. digər məlumatlar haqqında hələlik geniş yazmaq mümkünsüzdür. Nədən ki, bu məlumatlarda kifayət qədər ciddi ittihamlat yer alır.
Biz də elə bu ittihamların ciddiliyini nəzərə alıb da, məlumatları ictimailəşdirməzdən öncə, məlum qayda və prinsiplərə uyğun olaraq, həm Təhsil Nazirliyinə, həm də Sumqayıt Şəhər Təhsil Şöbəsinə rəsmi məktubla müraciət etdik. Hələlik birinci instansiyadan olmasa da, ikincidən cavab almışıq. Sumqayıt Şəhər Təhsil Şöbəsinin müdiri Nizami Namazovun imzasıyla redaksiyamızın elktron poçtuna daxil olan məktubu olduğu kimi dərc edirik:
“Məktubunuza cavab olaraq bildiririk ki, 9 nömrəli tam orta məktəbdə baş verən neqativ hallarla bağlı həm Təhsil Nazirliyi, həm də Təhsil Şöbəsi tərəfindən araşdırma aparılmışdır. Məktəb direktoru B.Səlimxanov ərizəsinə əsasən 24 oktyabr 2017-ci il tarixdə işdən azad olunmuşdur. Hazırda məktəbə rəhbərlik Həqiqət Abdullayeva tərəfindən həyata keçirilir və məktubunuzda göstərilən nöqsanlar aradan qaldırılmışdır. Bu kimi böhtan xarakterli yazılar işində yol verdiyi nöqsanlara görə əmək müqaviləsi ləğv edilmiş direktor müavinləri tərəfindən müntəzəm olaraq müxtəlif qəzet və saytlara verilir”.
Göründüyü kimi, Nizami müəllim Həqiqət Abdullayevanın sələfinin fəaliyyətinə toxunur və gərəkən ölçünün götürüldüyünü qeyd edir. Olsun, yuxarıda qeyd etdiyimiz kimi, zatən 9 saylı məktəbin pedaqoji kollektivi və şagirdləri “yağışdan çıxıb, yağmura düşüblər”. Başqa sözlə hələlik geniş yaza bilmədiyimiz məlumatlara görə, əvvəlki durum daha da ağırlaşmaqda davam etdməkdədir. Təəssüf ki, Təhsil Şöbəsi ilə telefon əlaqəsində də hazırkı durumla bağlı məlumatlarımıza qaneedici cavab ala bilmədik. Həqiqət xanımı dinləmək istiqamətindəki cəhdlərimiz də nəticəsiz oldu.

Qarşıdakı günlərdə lazımı araşdırmalar apararaq , mövzu ilə bağlı geniş yazmağa çalışacağıq.

Yenixeber.org

Şərhlər

XƏBƏR LENTİ