Bakıda görülməmiş etiraz - FOTOLAR
"Bura "Yeni Bakı" yaşayış kompleksidir. Uşaqlar evdə donur, evlərdə palto, papaq, şərf, əlcək ilə otururuq".
Bu barədə "Yeni Bakı" yaşayış kompleksinin sakinləri sosial şəbəkədə məlumat veriblər. Sakinlərdən biri isə mənzillərə qaz verilməməsinə etiraz əlaməti olaraq eyvanından "Biz donuruq, binaya qaz verin" yazılmış plakat asıb.
Sakinlər bildiriblər ki, binanı inşa edən İDF MMC şirkəti bütün sakinlərdən 700 manat sayğac pulu yığıb: "Qazımız yoxdur, işığın və suyun pulunu şirkət özü yıgır. Cana yığılmışıq, bizə kömək edin".
Qeyd edək ki, bu günlərdə "Yeni Bakı" sakinlərindən bir qrupu toplaşaraq şəhərcikdə etirazlarını bildirmişdilər. Onlar haqq səslərinin dövlət qurumlarına çatdırılmasını istəyirlər.


Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək