Bir həftədir su axır, maraqlanan yoxdur...
Yasamal rayonu, Mətbuat prospekti 24.a ünvanındakı binanın 2-ci blokundakı zirzəmidən bir həftədir ki isti su axır. Bina sakinləri “Qafqazinfo” ya bildirib ki, bu müddət ərzində bir neçə dəfə aidiyyatı qurumlara müraciət etsələr də heç kəs məsələni həll etmir. Qazanxana rəhbərliyi də eləcə baxıb gedib. Artıq pilləkəndə əyilmələr var. Üstəgəl də dövlətin isti suyu havaya axıb gedir”.
Azəristiliktəchizat ASC-nin Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev bildirib ki, təmsil etdiyi qurumun səlahiyyəti binanın girişinə qədərdir: “Binanın daxilində baş verən proseslərə isə artıq qanunvericiliyə əsasən bina mülkiyyətçisi cavabdehdir. Ancaq isti su bizim tərəfimizdən verildiyi üçün “Azəristiliktəchizat” axıntının, o cümlədən zirzəmiyə su dolmasının qarşısını almaq və abonentlərin soyuqda qalmaması üçün problemin həllinə çalışacaq”



Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...