Bakıda verilən "mavi yanacağ"ın tərkibinə hava vurulur? - İDDİA
Daxil olan şikayətlərdə iddia olunur ki, xeyli vaxtdır "havalı qaz”la təchiz olunurlar.
"Qaz yerinə hava gəlir. Amma sayğac işləyir axı?! Kubu 10 qəpikdir, 1 saat da hava gəlməlidir ki, ardınca qaz gəlsin. 1 saat boş-boşuna sayğac yazsa, görün ayda nə qədər pul edir. İdarədən deyirlər ki, əskiyimiz var. Əskiyi də əhalidən yığırlar”, - deyə Etibar İmanov adlı şikayətçi bildirib.
Ümumiyyətlə, paytaxt sakinləri dəfələrlə "Azəriqaz” İstehsalat Birliyinin evlərə gedən qaz xətlərinə hava vurmasına dair tez-tez şikayət edirlər. "Azəriqaz” İB-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbalayev isə deyilənlərlə razılaşmır:
"Qaz xəttinə müdaxilə etmək, hansısa hava vurmaq anlayışı yoxdur. Qaz təsərrüfatında təhlükəsizlik və istismar qaydalarında belə bir şey əks olunmayıb. Əgər belə bir şey olarsa, dəqiq ünvanı bildikdən sonra əməkdaşlar tərəfindən hadisə yerinə yollanıb baxırlar, məsələyə aydınlıq gətirirlər".
Onu da əlavə edək ki, təkcə sosial şəbəkələrdə olan şikayətləri toplamaqla, narazılığın kütləvi olduğunu söyləmək olardı. Çünki qışda evlərə ya qaz verilmir, ya fasilələrlə verilir, ya qazın təzyiqi aşağı olur, yaxud da, qazın bərpası zamanı xətlərdən hava gəlir. Nəticədə, abonentlər sayğaca qaz yükləyir, pulunu vaxtlı-vaxtında ödəyir, amma qaz ölkəsinin sakinləri normal "mavi yanacaq"la təmin olunmur.
Cebhe.info

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...