XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » “Vimay” Klinikasında dəhşət: Xəstə Birinci vitse prezidentə müraciət edib - Fotofakt

“Vimay” Klinikasında dəhşət: Xəstə Birinci vitse prezidentə müraciət edib - Fotofakt

“Vimay” Klinikasında dəhşət: Xəstə Birinci vitse prezidentə müraciət edib - Fotofakt
2-12-2017, 14:55

“Vimay” Klinikasından şikayətçi olan xəstə Mehriban Əliyevaya müraciət edib

"Vimay" Klinikasında həkim səhlənkarlığının qurbanına çevrilən xəstə Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevaya müraciət edib

SURƏTİ : SƏHİYYƏ NAZİRİ OQTAY ŞİRƏLİYEV CƏNABINA

Hörmətli Mehriban xanım!

Bu gün öz inkişafına görə regionun lider dövləti olan Azərbaycanda bütün sahələrdə uğurlar əldə edilib. Bu nailiyyətlərin özülündə isə əsasını ulu öndər Heydər Əliyevin qoyduğu sabitlik və inkişaf xəttini Prezident İlham Əliyevin böyük uğurla davam etdirməsi dayanır. Məhz möhtərəm İlham Əliyevin gərgin və prinsipial fəaliyyəti nəticəsində respublikamız dünya dövlətləri sırasında layiqli yerini tutub və bu mövqeyimiz ilbəil möhkəmlənməkdədir.
Ölkəmizin hərtərəfli inkişaf və yeniləşmə yolunda qazandığı tarixi nailiyyətlərdə sizin təşəbbüskar fəaliyyətinizin, əzmkar mübarizənizin və humanistliyinizin də böyük rolu vardır. Sizin hələ Birinci vitse-prezident təyin olunmazdan öncə də Heydər Əliyev Fondunun prezidenti və Azərbaycanın birinci xanımı kimi ictimai, siyasi və mədəni sahədəki fəaliyyətinizi xalqımız yüksək qiymətləndirib.
Ölkə başçımız İlham Əliyev tərəfindən respublikamızın bütün sahələrinə olduğu kimi, səhiyyə sektoruna da xüsusi diqqət göstərilir. Əminliklə deyə bilərik ki, bu diqqət və qayğının nəticəsində tibb müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi üzrə işlər uğurla davam etdirilir. Belə ki son illər ərzində ölkəmizdə 600-dən artıq tibb müəssisəsi tikilib və əsaslı təmir olunaraq, müasir avadanlıqla təchiz edilib. Təkcə ötən il ərzində 26 yeni tikilmiş və əsaslı təmir olunmuş tibb ocağı istifadəyə verilib. Heş şübhəsiz ki, Azərbaycanın səhiyyə sisteminin müasir dünya standartları səviyyəsində yenidən qurulmasında, dövlət proqramlarının uğurla həyata keçirilməsində sizin müstəsna xidmətləriniz danılmazdır. Səhiyyə sisteminin maddi-texniki bazasının dünya standartları səviyyəsində qurulması üçün çəkdiyiniz əməyin nəticələrini hər bir ölkə vətəndaşı görür.

"Ağ xalatlı qara qüvvələr"

Hörmətli Mehriban xanım !

Təəssüflər olsun ki, dövlətin gördüyü bu qədər möhtəşəm işlərə baxmayaraq səhiyyə sistemində hər şeyi öz mənfəətinə qurban verən, insan talelərinə gəlir mənbəyi kimi baxan, vətəndaşların sağlamlığını alver predmetinə çevirən “ağ xalatlı qara qüvvələr” hələ də qalmaqdadır. Məhz onların “əməyi” sayəsində Azərbaycanda əhalinin böyük hissəsi səhiyyənin vəziyyətindən, həkimlərin müalicə və müayinə üsullarından, xəstəxanalardakı vəziyyətdən narazdır.
Bir çox üzdəniraq həkimlərin səhlənkarlığı, səriştəsizliyi nəticəsində vətəndaş ölkə səhiyyəsinə etimad göstərmir. Əksər özəl və dövlət xəstəxanalaında göztərilən xidmətlərin səviyyəsi həddindən aşağı, qiymətlər isə həddindən artıq bahadır. Həkimlərin səhlənkarlıqları üzündən baş verən ölüm hadisələri isə ölkə mətbuatınıön gündəmindən düşmür. Belə “səhiyyə xadimləri”nin xidmətləri nəticəsində Azərbaycan səhiyyəsinin özü xəstə vəziyyətdədir. Təsadüfi deyil ki, Azərbaycan vətəndaşları imkan daxilində xaricdə müalicə olunmağa üstünlük verirlər. O zaman sual olunur ki, dövlətin bu qədər diqqət və qayğısına qarşılıq əksər səhiyyə ocaqlarının əməlləri kimlərin mənafeyinə xidmət edir ?
Xüsusilə özəl klinikalarda vəziyyət daha da acınacaqlıdır. Tibb “bazarına” yüksək keyfiyyətli xidmət və ucuz qiymətlə gəlmək əvəzinə fırıldaqçı reklamlarla – yalan vədlərlə gəlməyi üstün tutan klinikalar pasiyentlərin hüqularını pozur. Özəl tibb klinikalarının var olmaqlarının statistik azərbaycanlıya heç bir xeyri yoxdur. Çünki, baha qiymətlər qarşılığında keyfiyyətsiz tibbi xidmət insanlarda inamsızlıq yaradır. Dəhşətli odur ki, bir çox hallarda həkim səhlənkarlığı pasiyentlərin sağlamlığı və həyatı bahasına başa gəlir.
Redaksiyamıza müraciət edən Əliyev Söhrab da sağalmaq ümidiylə getdiyi “Vimay” klnikasında həkim səhlənkarlığının və özbaşnalığının qurbanına çevrilib. Klinikada əməliyyat olunaraq sağlamlığına qovuşmaq istəsə də 19 sentyabr 2017-ci ildən bu günə qədər həyatı əzablara, məşəqqətlərə çevrilib. Məhz 19 sentyabr 2017-ci ildə “Vimay” klinikasında ona əməliyyat nəticəsində tam sağalacağını vəd verərək 1000 manat pulunu da almışdılar. Amma, Gündüz adlı anestezoloqun səhlənkarlığı, məsuliyyətsizliyi onun sağlamlığını əlindən alıb. Həkim səhvi nəticəsində Əliyev Söhrabın ayaqları yanıb. Artıq onun ayaqlarına infeksiya keçməsi nəticəsində çürümə prosesi başlayıb. Öz səhvlərini etiraf etmək əvəzinə “Vimay” klinikası və Gündüz adlı həkim gülünc bəhanələr gətirərək Ə. Söhrabı günahkar çıxartmağa çalışırlar. Gündüz həkimin səhvi xəstənin həyatını qaranlıq gecəyə çevirib. O, artıq ayaqlarını itirmək təhlükəsi ilə üz-üzədir. Sağlamlığını bərpa etmək ümidiylə 4 min manatdan çox vəsait xərcləməsinə baxmayaraq təhlükə qalmaqdadır. Proses belə davam edərsə Ə. Söhrab ayaqlarını itirə bilər. Onun artıq müalicəsini davam etdirməyə maddi imkanı da qalmayıb. Amma, bir insan ömrünə, sağlamlığına balta çalan “Vimay” klinikası, eləcə də Gündüz həkim cəzasızlıqdan ruhlanaraq öz çirkin əməllərini davam etdirirlər. Onlar üçün insan taleləri, xoşbəxtliyi, sağlamlığı heç bir dəyər kəsb etmir.

Hörmətli Mehriban xanım !

Əlacı hər yerdən üzülən Əliyev Söhrab sizdən kömək istəyir. Ayaqlarını itirmək təhlükəsi ilə üz-üzə qalan vətəndaşımıza kömək etmək, öz səhvini düzəltmək əvəzinə “Vimay” klinikası onun özünü borclu çıxartmağa çalışır. Məhz sizin köməkliyiniz ilə müqəssirlərin ən qısa zamanda sərt cəzalanacağına, Ə. Söhrabın isə sağlamlığına qovuşacağına inanırıq.

Rubrika.az
“Vimay” Klinikasında dəhşət: Xəstə Birinci vitse prezidentə müraciət edib - Fotofakt
“Vimay” Klinikasında dəhşət: Xəstə Birinci vitse prezidentə müraciət edib - Fotofakt
“Vimay” Klinikasında dəhşət: Xəstə Birinci vitse prezidentə müraciət edib - Fotofakt
“Vimay” Klinikasında dəhşət: Xəstə Birinci vitse prezidentə müraciət edib - Fotofakt
“Vimay” Klinikasında dəhşət: Xəstə Birinci vitse prezidentə müraciət edib - Fotofakt

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.