SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Lənkəranda işləyən psixoloq fiziki məhdudiyyətli uşaqları təhqir etdi: - “Bir debil şagirdim var…” – FOTOFAKT

Lənkəranda işləyən psixoloq fiziki məhdudiyyətli uşaqları təhqir etdi: - “Bir debil şagirdim var…” – FOTOFAKT

Tarix:

1-12-2017, 18:00

/ 3 227 dəfə oxundu.
Lənkəranda işləyən psixoloq fiziki məhdudiyyətli uşaqları təhqir etdi: - “Bir debil şagirdim var…” – FOTOFAKT

Özünü psixoloq-loqoped kimi təqdim edən Aygün adlı xanımın Twitter hesabında etdiyi paylaşımı müzakirələrə səbəb olub.
Belə ki, sözügedən xanım fiziki məhdudiyyətli şagirdləri barədə gərəksiz ifadələr işlədib:
“Qüsurlu uşaqlarla işləməyin ən pis tərəfi odur ki, ağzına gələni deyir, hətta söyüş söyür, vurub ağzını qıra bilmirsən. Adı üstündə – qüsurlu. Partlaya-partlaya qalırsan”.
Xanımın sözləri insanlar tərəfindən birmənalı qarşılanmayıb. Onun fiziki məhdudiyyətli uşaqlara qarşı münasibəti istifadəçiləri hiddətləndirib. Həmin paylaşımı öz səhifələrində paylaşaraq onun ünvanına tənqidlər yazıblar.
Aygün xanımınLənkəran şəhəri Loqos Psixoloji və Nitq İnkişaf Mərkəzində loqoped kimi çalışdığını öyrəndik. Mərkəzlə əlaqə saxlamağa çalışdıq. Birinci zəngimizdə Aygün xanımın onlarla çalışdığını bildirsələr də, sonradan icraçı direktor Elvira Əzizova bunu təkzib etdi. O, Aygün xanımın işdən ayrıldığını bildirdi:
“O, artıq bizimlə çalışmır. Lənkəranda fəaliyyət göstərən internatların birində işləyir. Ancaq dəqiq ünvan məndə yoxdur. Bu məsələdə adımızın hallanmasını istəmirik. İki həftə əvvəl iki işdə işləyə bilmədiyini əsas gətirib və işdən ayrılıb”.

PrimeTime.Az
Lənkəranda işləyən psixoloq fiziki məhdudiyyətli uşaqları təhqir etdi: - “Bir debil şagirdim var…” – FOTOFAKT
Lənkəranda işləyən psixoloq fiziki məhdudiyyətli uşaqları təhqir etdi: - “Bir debil şagirdim var…” – FOTOFAKT
Lənkəranda işləyən psixoloq fiziki məhdudiyyətli uşaqları təhqir etdi: - “Bir debil şagirdim var…” – FOTOFAKT
Lənkəranda işləyən psixoloq fiziki məhdudiyyətli uşaqları təhqir etdi: - “Bir debil şagirdim var…” – FOTOFAKT

Şərhlər

XƏBƏR LENTİ