XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » İcra başçısı “Razin talkuçkası”nı niyə sökmür? - FOTOLAR

İcra başçısı “Razin talkuçkası”nı niyə sökmür? - FOTOLAR

İcra başçısı “Razin talkuçkası”nı niyə sökmür? - FOTOLAR
30-11-2017, 11:30

…Bura Bakıxanov qəsəbəsinin düyün nöqtəsidir. O düyün ki, Sabunçu rayon icra başçısı Adil Vəliyev də ya çözmür ya da çözə bilmir.
Amma bir səhər ordan keçəndə ərazinin buldozerin qabağına verilib şumlandığını görsələr çoxlarının ürəyincə olacaq. İlk dəfə Bakıda bir obyektin sökülməsi sakinləri qane edir.
Amma Sabunçunun icra başçısı Bakıxanov sakinlərinə və sürücülərə bu sevinci yaşatmağı çox görür.
Səbəbi məlum olmasa da, faktiki olaraq sözügedən yeri köçürmək müşkülə çevrilib. Məlumata görə, söhbət Bakıxanov ticarət mərkəzindən gedir.
El arasında “Razin talkuçkası” adlanan yarmarkanın ərazisindən reportaj hazırlayarkən yerli sakinlər və sürücülərin birmənalı olaraq dediyi budur ki, ticarət məkanını köçürsünlər.
Hər gün tıxaclara, nəqliyyatın dəhşətli sıxlığına səbəb olan bu “talkuçka”nın saxlanmasının iqtisadi əsasları da yoxdur.
Bu massivdə xeyli sayda mağazalar, ucuz geyimlər satılan dükanlar var. Müştərilər də məhz onlara müraciət edirlər.
Bakıxanov ticarət mərkəzi uzun müddətdir ki, alıcı üzündən korluq çəkir. Üstəlik, qiymətlərin bahalığı yarmarkada süstlüyə səbəb olub.
Heç kəs yaxınlıqdakı ucuz mallar satılan mağazaları qoyub bu bazara girməz. Odur ki, ticarət mərkəzinin işləməsinin tək mənası tıxaclara səbəb olmaqdır.
Əslində, Sabunçu RİH başçısı Adil Vəliyev Fərhad Mirzəyev adlı iş adamına məxsus olan həmin ticarət mərkəzini bir dəfə sökdürməyə cəhd edib. Ancaq elə bir haray-həşir qoparıldı ki, icra hakimi geri çəkilməli oldu.
İş adamına da tapşırıq verildi ki, ərazini sahmana salsın. O da ilk vaxtlarda müəyyən qədər bazarın qabağına əl gəzdirdi. Amma nə tıxaclara son qoyuldu, nə də ərazidəki tör-töküntüyə…
Hazırda bazarın ətrafında hər gün tıxaclar, sıxlıq hökm sürür, maşın saxlamağa yer tapmaq olmur, avtobuslar onsuz da darısqal olan yolun hərəkət hissəsini zəbt edirlər və beləcə bu istiqamətdə bir xaos yaşanır.
Hələ bu azmış kimi, Bakıxanov TM-nin gedən yollar bərbad gündədir: çala-çuxur, yamaq-yamaq, səs-küy, piyadalar maşınların üstünə qaçır, avtomobillərlə avtobuslar bir-birinin yoluna girir və hər saat orada dözülməz vəziyyət hökm sürür.
Sakinlər deyirlər ki, “Razin talkuçka”sı indi dəbdə deyil və ora getmirlər. Qiymətlər də bahadır deyə ətrafdakı mağazalardan alış-veriş edirlər.
Bu halda bazarın saxlanması mənasızdır. Ticarət mərkəzini sökmək, sahibkarları ayrı-ayrı ticarət obyektlərinə yerləşdirmək, yolu genişləndirmək olar.
Qarmaqarışıqlıq, avtobusların siqnal səsindən qulaq batırması, natəmizlik, antisanitariya, insan selinin xaotik hərəkəti bu ərazini dəhşətli bir məngənəyə çevirib.
Bakıxanov bazarı 1995-ci ildən “Azəribiznes” adlanan qurumun tərkibində fəaliyyət göstərir, 4 hektarlıq ərazini əhatə edir.
Yarmarkaya bitişik bir neçə ticarət obyekti tikilib. Onların da “Razin talkuçkası”nın rəhbərliyinə aid olduğu söylənir.
Beləcə, 4 hektar ərazi iki tərəfli yolun tən ortasında bir obyektin qurbanına çevrilib. Elə satıcıların da işləri yaxşı getmir. Onların qazancı yer pulunu güclə ödəyir.
Bu bazarın varlığı yalnız yarmarka sahibini qane edir. Sakinlər və sürücülər isə Sabunçu icra başçısının bu bazarla bağlı qərar verəcəyi günü səbirsizliklə gözləyirlər…

AzEuroNews.com
İcra başçısı “Razin talkuçkası”nı niyə sökmür? - FOTOLAR
İcra başçısı “Razin talkuçkası”nı niyə sökmür? - FOTOLAR
İcra başçısı “Razin talkuçkası”nı niyə sökmür? - FOTOLAR
İcra başçısı “Razin talkuçkası”nı niyə sökmür? - FOTOLAR
İcra başçısı “Razin talkuçkası”nı niyə sökmür? - FOTOLAR

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.