Bu gün Sabirabad Sənaye Məhəlləsinin təməlqoyma mərasimi olub.
xalqxeber.az-ın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev mərasimdə iştirak edib.
İqtisadiyyat naziri Şahin Mustafayev ölkəmizdə sənaye məhəllələrinin yaradılması istiqamətində görülən işlər haqqında dövlət başçısına məlumat verib.
İlham Əliyev Sabirabad Sənaye Məhəlləsinin təməlini qoyub.
Qeyd edək ki, Azərbaycan prezidentinin dünən imzaladığı sərəncama əsasən, Sabirabadda sənaye məhəlləsi yaradılacaq. İyirmi hektar ərazidə salınacaq bu sənaye mərkəzində yun tədarükü, pambıqtəmizləmə, taxta, plastik məmulatlar və tikinti materiallarının istehsalı, kənd təsərrüfatı məhsullarının emalı müəssisələri və logistika mərkəzinin fəaliyyət göstərməsi planlaşdırılır.