SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Ömürlük məhbusların vaxtından əvvəl azad edilməsi üçün yeni QAYDA

Ömürlük məhbusların vaxtından əvvəl azad edilməsi üçün yeni QAYDA

Tarix:

27-11-2017, 14:20

/ 1 803 dəfə oxundu.
Ömürlük məhbusların vaxtından əvvəl azad edilməsi üçün yeni QAYDA

Azərbaycanda ömürlük məhbusların şərti olaraq azad edilməsi üçün məhkəməyə müraciət qaydası müəyyənləşib.

Bununla bağlı Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilir.

Məcəllənin hazırda qüvvədə olan 513-cü (Cəza çəkməkdən şərti olaraq vaxtından əvvəl azad etmə və cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza ilə əvəz etmə) maddəsinə əsasən, cəza çəkməkdən şərti olaraq vaxtından əvvəl azad etmə və cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza ilə əvəz etmə məhkumun ərizəsi, habelə yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın vəsatəti əsasında cinayət qanununun müddəalarına müvafiq olaraq cinayət cəzalarını icra edən müəssisə və ya orqanın mülahizəsi nəzərə alınmaqla məhkəmə cəzanın çəkildiyi yer üzrə birinci instansiya məhkəməsi tərəfindən tətbiq olunur.

Məhkəmə cəzanın çəkilməsindən şərti olaraq vaxtından əvvəl azad etmədən və ya cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza ilə əvəz etmədən imtina etdikdə, həmin məsələlər üzrə ərizənin və ya vəsatətin təkrarən baxılmasına müvafiq ərizənin təmin edilməsinin rədd edilməsi haqqında məhkəmə qərarı çıxarıldığı gündən azı 6 ay keçdikdən sonra yol verilir.

Maddəyə edilən əlavəyə görə isə, ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxs barəsində eyni məzmunlu ərizənin məhkəmə tərəfindən rədd olunması hallarında isə təkrar ərizə belə qərarın çıxarıldığı gündən azı 1 il keçdikdə verilir.

Şərhlər

XƏBƏR LENTİ