XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Tanınmış cərrahdan Səhiyyə Nazirliyinə ittihamlar: “ Rəşad Şolanı reklam etməkdə məqsədiniz nədir?”

Tanınmış cərrahdan Səhiyyə Nazirliyinə ittihamlar: “ Rəşad Şolanı reklam etməkdə məqsədiniz nədir?”

Tanınmış cərrahdan Səhiyyə Nazirliyinə ittihamlar: “ Rəşad Şolanı reklam etməkdə məqsədiniz nədir?”
27-11-2017, 14:06

Elmi-Tədqiqat Pediatriya İnstitutunun erkən yaşlı uşaqların cərrahiyə şöbəsinin müdiri Gündüz Ağayev Səhiyyə Nazirliyini Respublika Diaqnostika Mərkəzinin cərrah-uroloqu Rəşad Şolanı reklam etdiyi üçün sərt tənqid edib.

xalqxeber.az Medicina.az- a istinadən xəbər verir ki, o, nazirliyin rəsmi internet saytında R. Şolanın 15 kriptoxizmli uşaq üzərində əməliyyat həyata keçirməsiylə bağlı yerləşdirilən xəbəri sosial şəbəkədə paylaşıb və adıçəkilən həkimin uşaq cərrahı olmadığını deyib. G. Ağayev Rəşad Şolanın uşaqları əməliyyat etməyə ixtiyarı olmadığını vurğulayıb.

Cərrah qeyd edib ki, Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşları tabe olduqları qurumun profilizasiya haqqında əmrlərinin pozulmasını reklam edirlər.

Doktor bildirib ki, bu əməliyyatın şişirdilmiş reklamı da düzgün deyil. Çünki beynəlxalq protokollara əsasən orxidopeksiya sonsuzluqdan azad etmir, sadəcə riski azalda bilər. Gündüz Ağayev dövlət xəstəxanalarında kriptoxizmə görə hər il yüzlərlə əməliyyatlar edildiyini, lakin bunun Səhiyyə Nazirliyinin mətbuat xidməti tərəfindən işıqlandırılmamasından narahatlığını dilə gətirib. "Doktor Rəşad Şolan uşaq cərrahı deyil. Onun uşaqları əməliyyat etməyə ixtiyarı yoxdur.

Türkiyyədə də kriptorxizmi olan uşaqları ancaq uşaq cərrahları əməliyyat edə bilər. Səhiyyə Nazirliyinin mətbuat xidməti Səhiyyə Nazirliyinin profilizasiya haqqında əmrlərinin pozulmasını reklam etməkdə nə məqsəd güdür?

1. Orxidopeksiya sonsuzluqdan azad etmir, riski azalda bilər.
2. Dövlət xəstəxanalarında uşaq cərrahları tərəfindən hər il yüzlərlə uşaq kriptorxizmə görə əməliyyat olunur.

Səhiyyə Nazirliyinin mətbuat xidməti niyə görə bunu işıqlandırmır?”
Tanınmış cərrahdan Səhiyyə Nazirliyinə ittihamlar: “ Rəşad Şolanı reklam etməkdə məqsədiniz nədir?”
Tanınmış cərrahdan Səhiyyə Nazirliyinə ittihamlar: “ Rəşad Şolanı reklam etməkdə məqsədiniz nədir?”

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.