İşçiləri “ZARA”ya 18 min “atıb”
Bakı Ağır Cinayətlər Məhkəməsində işlədikləri “ZARA” mağazasından 17 min 700 manat mənimsəmədə təqsirləndirilənlər - İbrahim İbrahimov, Zəhra Mavlina, Zaur Novruzov, Gültəkin Bünyadova və Elvina Qafarovanın məhkəməsi keçirilib.
Hakim Novruz Kərimovun icraatında olan prosesdə məhkəmə istintaqı yekunlaşıb.
Dövlət ittihamçısı adıçəkilən şəxslərə cəza istəmək üçün çıxışa hazır olmadığını bildirib.
İttihama görə, təqsirləndirilən şəxslər mağazada olan malların bir hissəsini kassadan kənar sataraq pulunu mənimsəyiblər. İstintaq dövründə isə 17 min 700 manat ziyanı geri ödəyiblər. Buna görə də onların heç biri həbs edilməyib.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...