FHN "Polat Yol Yapı" şirkətinin fəaliyyətini araşdıracaq? - iddia
Bir neçə gün öncə "Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin nəzarəti altında tikilən Gəncə-Bəhrəmtəpə yolunun tikintisini həyata keçirən türk şirkəti "Polat Yol Yapı” şirkətinin Qarqar çayının yatağındakı çınqıl və qum yataqlarını qanunsuz olaraq istismar etməsi ilə bağlı ölkə mediasında xəbərlər yayıldı.
Xəbərdə iddia olunurdu ki, Ağcabədi İcra Hakimiyyətini "ələ alaraq" Qarqar çayının yatağındakı çınqıl və qum yataqları "Polat Yol Yapı” şirkəti tərəfindən talanır.
Qeyd edək ki, "Polat YOL Yapı" şirkəti uzun illərdən bəri Azərbaycanda çalışır. Zaman-zaman haqqında neqativ informasiyalar yazılsa da, nədənsə bu məlumatlar indiyədək araşdırılmırdı. Ancaq görünür daha aidiyyatı qurumların da "səbr kasası" daşıbdı. Belə ki, Qlobal.az-ın əldə etdiyi məlumata görə, şirkətin fəaliyyətinin araşdırılması üçün Fövqaladı Hallar Nazirliyi araşdırmaya başlayacaq.
Nazirliyin rəhbərliyi tərəfindən Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyinə məsələ barədə artıq tapşırıq verildiyi deyilir.
Xəbəri gec əldə etdiyimiz üçün əlaqədar qurumlarla dəqiqləşdirə bilmədik.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...