“Kinder sürpriz”də ölümcül maddə tapıldı - Neftdən ayrılan maşın yağı...
"Kinder sürpriz”də kanserogen maddə tapılıb.
xalqxeber.az Medicina.az-a istinadən xəbər verir ki, bu haqda Almaniyada istehlakçıların hüquqlarını müdafiə edən təşkilat məlumat yayıb. Nüfuzlu xarici KİV-də yazılıb ki, üzərində ekspertiza aparılan 5 məhsulda mineral yağların təhlükəli konsentrasiyasının normadan artıq olduğu üzə çıxıb. Bu yağlar adətən neft emalı prosesində yaranır.
Məlumata görə, kanserogen maddə şokoladın örtüldüyü kağızda yaranır və şokolada keçir.
"Biz istehlakçılara bu məhsulu almamağı məsləhət görürük. Çünki MOAH birləşməsi qida üçün qətiyyən uyğun deyil”, – deyə təşkilatın rəhbəri bildirib. Bu təşkilat "Kinder” məhsullarının satışdan yığışdırılması məsələsini də qaldırıb, lakin hələ ki, müsbət cavab almayıb. Konditerlər Assosiasiyası isə bildirib ki, bu konsentrant narahatlıq yaratmır və alıcılar təşvişə düşməməlidir.
Rusiyalı mütəxəsislər də təsdiqləyib ki, texniki yağın kağızdan şokolada keçməsi, ordan da orqanizmə düşməsi ciddi allergik reaksiyalar, zərərli maddələrin toplanması və sonda xərçənglə nəticələnə bilər.
Ekspertlər şokolad istehsalında hansısa texniki səhvin baş verdiyini, lakin brendin öz alıcılarını itirməmək üçün bu səhvi ört-basdır etməyə çalışdıqlarını güman edir.
Həkim-pediatrlar isə "Kinder sürpriz”in uşağın mədə, qaraciyər və sinir sistemini zədələyəcəyini bildirib. Çünki neftdən ayrılan maşın yağının orqanizmə düşməsi və qəbul olunması ölümcül təhlükədir.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək