Qalib Mahmudov kərə yağı bazarının altını üstünə çevirdi
Azərbaycanda kərə yağının qiymətinin qalxdığı bir vaxtda azərbaycanlı iş adamı Qalib Mahmudov Yeni Zelandiya bazarını ucuz kərə yağı ilə doldurub.
Yeni Zelandiya dünyada kərə yağı istehsalı üzrə liderlərdən biri hesab olunur. Azərbaycana da bu ölkədən xeyli növ kərə yağı idxal edilir. Lakin son vaxtlar Bakı marketlərində bu məhsulun 1 kq-nın qiyməti 20 manata qədər yüksəlib və bu, heç də hamının cibinə görə deyil.
Elə bu vaxt dünyanın o biri başında – Yeni Zelandiyada tam əksinə vəziyyət yaşanmaqdadır. Qalib Mahmudovun şirkətinin Fransadan külli miqdarda gətirdiyi “Petit Normand” markalı yağ keyfiyyətinə və ucuzluğuna görə Yeni Zelandiya markalarını üstələyir və ölkədə əsl sensasiyaya səbəb olub.
Yeni Zelandiyalı iş adamlarının sözlərinə görə, onlar istehsal etdikləri kərə yağını Fransadan azərbaycanlı iş adamının gətirdiyi yağın qiymətinə sata bilməzlər və bunu Avropada fermerlərə dövlət tərəfindən subsidiyaların təqdim olunması ilə izah edirlər.
Hətta ən ucuz yeni Zelandiya yağı sayılan “Anchor” belə “Petit Normand”dan 5 dollar baha satılır.
Qalib Mahmudov vətənində kərə yağı bazarının vəziyyətinə də toxunub. Onun sözlərinə görə, gömrük rüsumları 15%-dən 5%-ə endirilib və bu Azərbaycanda kərə yağını ucuzlaşdıracaq.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...