XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Vergilər naziri üç departamentdə “paket”ləri kəsdi, rəis istefa verdi

Vergilər naziri üç departamentdə “paket”ləri kəsdi, rəis istefa verdi

Vergilər naziri üç departamentdə “paket”ləri kəsdi, rəis istefa verdi
21-11-2017, 10:35

Milli Gəlirlər, Lokal Gəlirlər və Kiçik Sahibkarlıqla bağlı gəlirlər departamenti planı doldura bilməyib
Bu barədə Feysbuk istifadəçisi Xəyal Əzizov yazıb. Onun sözlərinə görə, Vergilər Nazirliyinin 3 departamenti cəzalandırılıb.
Hər üç qurumun əməkdaşlarına 300 manat maaş veriblər, hər ay aldıqları 2-3 min paketlərini kəsiblər.
İşçilərin çoxu paketlərin verilməsi bərpa olunmasa gələn il istefa verəcəklərini deyiblər. Milli Gəlirlər Departamentinin rəisi Zaur Fətizadə planı doldura bilmədiyinə görə rəislikdən istefa verib.
2015-ci ildə Vergilər Nazirliyinin büdcədənkənar fonduna daxil olan 30.7 milyon manatın 11.7 milyonu əməkhaqqının ödənilməsinə xərclənib.
Bundan başqa, dövlət büdcəsi hesabına, DSMF-ə ödəmələr də daxil, əməkhaqqı xərcləri 15 milyon manatı keçib.
Rəsmi maaşa gəlincə, vergi orqanlarında çalışan 2 min 300-dək işçinin çoxunun aylıq vəzifə maaşı 285 manatdan 540 manatadəkdir.
Nazirlik aparatında çalışanlara hesablanan əməkhaqqı 510 manatdan 1100 manatadək dəyişir. Bura rütbəyə, xidmət illərinə və s.-ə görə ödənilən əlavələr daxil deyil.
Azərbaycanda vergi orqanlarında çalışanların yalnız «quru» maaşla dolanmadığı düşüncəsi geniş yayılıb. Onlara «paket maaşı» deyilən aylıq pullar da ödənilirdi.
Di gəl, böhran dərinləşəndən bəri məbləği 500 manatdan 5 min manatadək dəyişən bu qeyri-rəsmi maaş kəsilib. İşçilərə isə deyilib ki, dözün, büdcədənkənar fonddan ödəmələr hesabına maaş artacaq.
Büdcədənkənar fonda köçürmələrin həcmcə artımı vergi sistemindəki qanunsuzluqların miqyasına elə də ciddi təsir göstərməyəcək və yeni maaş sistemi də köhnə «paket maaşı»nın yerini verməyəcək.
Maliyyə sanksiyasının əməkhaqqına yönəldilən hissəsinin artırılması vergi əməkdaşlarının sahibkarları daha çox incitməsinə yol açacaq.
Onsuz da, indi məhkəmələrdə baxılan işlərin əhəmiyyətli hissəsi vergi yoxlamaları nəticəsində şirkətlərə tətbiq olunan maliyyə sanksiyaları ilə bağlıdır.
Son aylar vergi orqanında təcrübəli kadrların öz ərizələrilə işdən ayrılması prosesi kütləvi hal alıb
İl ərzində artıq 300 nəfərdən çox əməkdaş öz ərizəsilə işdən azad olunub, təqribən 500 nəfərin ərizəsinə isə baxılmaqdadır.
Onlara deyilib ki, proses kütləvi görünməsin deyə, həmin əməkdaşlar hissə-hissə işdən azad olunacaqlar.
Üst-üstə 800 nəfərədək təcrübəli mütəxəssisin nazirlikdən getməsinin səbəbləri isə əsasən maddi təminatla bağlıdır.
Mənbə bildirir ki, uzun illər “paket sisteminə” öyrəşən kiçik və orta ranqlı vergi məmurlarının əksəriyyətinin aylıq gəliri 3-5 min manatdan başlayaraq, hətta 10 minlərlə manata qədər çatırdı.
Lakin son zamanlar məlum səbəblərdən paketlər “balacalaşıb” və bir çox departamentlərdə ümumiyyətlə ləğv edilib.
Vergilər naziri Fazil Məmmədovun növbəti “vurulacaq” kadr olduğu deyilir. Vergilər naziri Fazil Məmmədov keçmiş 1-ci müavini, prezidentin İqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirova məğlub oldu.
Prezident İlham Əliyev müşavirələrin birində əsassız vergi yığımlarını xatırladarkən F.Məmmədovun istefaya göndəriləcəyi güman edilirdi.
Amma nazirin səs-küylü istefasına gedilmədi. Əvəzində illik dövriyyəsi 120 min manatdan aşağı olan sahibkarlıq subyektlərində səyyar vergi yoxlamaları qanunla qadağandır.
Bu, naziri istefaya yollamaqdan daha ağır qərar idi. Nazirin əl-qolunun bağlanması, rüşvət yığımı imkanlarının məhdudlaşdırılması ona istefa getmək qədər böyük zərbə idi.

Palitika.Az

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.