Qaradağ rayon Polis İdarəsi dələduzu müdafiə edir- ŞİKAYƏT+VİDEO
Bu gün Qaradağ rayonunda bir qurup sakin haqsızlığa qarşı etiraz aksiyası keçirib.
Rayon sakinlərinin verdiyi məlumata görə, İbrahimov Məmməd adlı vətəndaş onlara qarşı dələduzluq edərək pul və qızıl əşyalarını müxtəlif yollarla mənimsəyib. Etirazçılar onu da qeyd ediblər ki, artıq üç ildir Qaradağ Rayon Polis İdarəsində guya araşdırma aparılır, lakin əməli törədən haqqında heç bir tədbir görülmür: "Dəfələrlə Daxili İşlər Nazirliyinə, Baş Prokurorluğa ərizə ilə müraciət etsək də, nəticəsiz qalıb. Dələduzluq edən şəxs hal-hazırda yenə öz əməllərini həyata keçirir".
Sakinlər xüsusi ilə qeyd ediblər ki, Qaradağ rayon Polis Idarəsi dələduzu müdafiə etməkdə maraqlıdır: "Bütün bunlar işin gedişindən aydın olur ki, dəfələrlə açılmış cinayət işini bir birlərinə ötürüblər. Sonda əziyyəti biz çəkirik çətin vəziyyətdə yaşayırıq. Səsimizi cənab prezidentə çatdırın bilsin ki, rayon polis idarələri bizləri necə vəziyyətdə saxlayır. Hüquqi dövlətdə yaşayırıq bizim qanunlarımız var onlara Qaradağ Rayon Polis idarəsinin işçiləri tərəfindən əməl edilmir".
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
reportyor.org

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...