SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Kərəm Həsənov üçün qiyamət başladı: 10-a qədər obyektinə əl qoyuldu

Kərəm Həsənov üçün qiyamət başladı: 10-a qədər obyektinə əl qoyuldu

Tarix:

20-11-2017, 09:38

/ 1 839 dəfə oxundu.
Kərəm Həsənov üçün qiyamət başladı: 10-a qədər obyektinə əl qoyuldu

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun 10-a qədər obyektinə əl qoyulub. Bu barədə bizi özəl mənbə məlumatlandırıb. Mənbənin sözlərinə görə, hadisə bir neçə gün bundan öncə baş verib. K.Həsənova məxsus olan 10-a qədər obyekt komitə sədrinin əlindən alınaraq dövlətin nəzarətinə verilib.
Qeyd edək ki, komitə sədrindən alınan əmlakların dəyəri on milyonlarala manat həcmindədir. Onların arasında paytaxtın mərkəzində yerləşən obyektlərlə yanaşı, şəhərətrafı ərazilərdə yerləşən nəhəng kompleklər də mövcuddur. Bununla bağlı daxil olan məlumata görə, Komitə sədrinin əlindən alınan obyektlərdən biri “Azneft” dairəsinin yaxınlığındakı “Dalğa” obyektidir. Hansı ki, dəyəri milyon manatlarla hesabanan bu obeykt Həsənovlar imperiyasının ən mühüm, “pulgətirən” obyektlərindən biri kimi tanınıb. Bundan başqa, komitə sədrinin Bakıətrafı kənd və qəsəbələrdə dəniz sahilində yerləşən bir sıra mühüm obyektlərinin də əlindən alındığı bildirilir.
Bilgili qaynağın sözlərinə görə, hazırda həmin obyektlərin təhvil-təslim edilməsi ilə bağlı müntəzəm iş gedir və yaxın günlərdə bu prosesin yekunlaşması gözlənilir. Artıq komitə sədrinin əlindən alınan bir sıra obyektlərin direktoru işdən azad edilib və yeni kadrlarla əvəzlənib. Mənbənin sözlərinə görə, K.Həsənov üçün tamamilə sürpriz olan bu olay komitə sədri və ətrafında ciddi təlaşa səbəb olub. Komitə sədrini narahat edən ən başlıca məsələ isə digər obyektlərinin də əlindən alınması və son nəticədə vəzifədən uzaqlaşdırılması təhlükəsidir. Saytımızda komitə sədrinin əlindən alınan digər obyektlərlə bağlı konkret məlumatlar mövcuddur. Bu məlumatları yaxın günlərdə oxuculara təqdim edəcəyik.

cumhuriyyet.az

Şərhlər

XƏBƏR LENTİ