Şuşa RHİ-nin başçısı Bayram Səfərov işlətdiyi fəhlələrin pulunu ödəmir – ŞİKAYƏT
Redaksiyamıza müraciət edən Həsən Xəlilov adlı vətəndaş Şuşa Rayon İcra Hakimiyyətinin Başçısı Bayram Səfərova məxsus olduğu bildirilən “Leyla PALACE” şadlıq evində usta kimi işlədiklərini pullarının isə ala bilmıdiklərini bildirir. H.Xəlilovun sözlərinə görə, əvəlcədən əldə olunmuş razılığa əsasən 11.100 manatlıq işi görən ustalara 6.900 pul ödənilib. İş sona çatdıqdan sonra şadlıq evinin əməkdaşları görülən işin onları qane etmədiyini bildirərək borclu olduqları 4.200 manatı ödəməkdən imtina ediblər. Görülən işin göz qabağında olduğunu Şadlıq evinin əməkdaşlarının diqqətinə çatıran ustalar, onlara qarşı haqqsızlıq edildiyini və alacaqları pulun müxtəlif bəhanələrlə ödənilmədiyini bildirirlər. Bu azmış kimi, Şadlıq evinin rəhbərliyi ustalara hədə-qorxu gələrək onlardan əlavə 2.000 manat əlavə pul tələb etməkdədir –deyə H.Xəlilov qeyd edib.
“Leyla PALACE” faktiki rəhbərlik edən Əfqan adlı şəxs isə dahada uzağa gedərək, ustalara bildirib ki, çox səs salsanız cibinizə nəşə atdırıb türmələrdə çürüdərəm. Ustalar məcburiyyət qarşısında qalaraq mətbuata çıxaraq, şikayətlərinin ictimailəşdirilməsini xahiş edirlər. Məsələ ilə bağlıŞuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərovla gün ərzində əlaqə yaratmaq cəhdlərimiz boşa çıxdı.
Maraqlıdır işğal altında olan rayonun icra başçısı “Leyla PALACE”-nin yerləşdiyi ərazi üzrə polis bölməsinin rəisi olan oğluna (Xəlil Səfərov nəzərdə tutulur) güvəndiyi üçün bu addımları atır?
Bu və ya digər suallara cavab tapmaq üçün qarşı tərəfin mövqeyini dinləməyə hazırıq. Bizi izləyin.
BakuNews.az

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...