Azərbaycanda güclü zəlzələ gözlənilirmi? - Rəsmi açıqlama
“İran-İraq sərhədində baş verən güclü zəlzələ Azərbaycandakı zəlzələ ocaqlarının oyanmasına təsir edə bilməz”.
Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib. O qeyd edib ki, Azərbaycanda katostrafik zəlzələnin olma ehtimalı yoxdur.
“İrandakı zəlzələ sərhəd rayonlarında, Naxçıvan, Lerik, Lənkəranda 2-3 bala qədər hiss olunub. Həmin zəlzələnin güclü təsiri olmayıb ki, Azərbaycandakı zəlzələ ocaqlarını oyatsın. Azərbaycanda zəif təkanlar olur və bunlar da olmalıdır”.
Qeyd edək ki, İraqın Süleymaniyyə şəhəri yaxınlığında baş verən 7,6 bal gücündə zəlzələ İranda böyük dağıntılara səbəb olub. İranın Serpol Zəhab, Kəsri Şirin, Cavandur, Səlasi Babacani və Gilan əyalətlərində evlər və ictimai binalar uçub. Zəlzələ nəticəsində İranda 164 nəfər ölüb, 1683 nəfər isə yaralanıb.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...