SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Deputatdan bahalaşma: Hadı Rəcəbli prezidentin siyasətini “baltalayır”

Deputatdan bahalaşma: Hadı Rəcəbli prezidentin siyasətini “baltalayır”

Tarix:

13-02-2017, 12:20

/ 3 041 dəfə oxundu.
Deputatdan bahalaşma: Hadı Rəcəbli prezidentin siyasətini “baltalayır”

Deputat Hadı Rəcəblinin turizm obyektlərində qiymətlər artırılıb

Daxil olan məlumata görə, millət vəkilinə məxsus “Palıdlı sahil” istirahət mərkəzi devalvasiyanı nəzərə almayıb.

İstirahət mərkəzində bir gecəlik otaq 50-60 manatdır ki, bu qiymətə yaxın durmaq mümkün deyil. Eyni zamanda “Mayak” otelində də qiymətlər 50 manat müəyyənləşdirilib.

Turizmə dəstək vermək yerinə bahalığa gedən deputat prezident İlham Əliyevin bu yöndə siyasətini zədələyir. Ölkə başçısı turizmin inkişafı üçün müsbət addımlar atır. Amma biznesmen deputat öz qazancını güdür.

Belə yerdə turizm inkişaf edə bilməz. Bunun üçün dövlətə iş adamları və obyekt sahibləri təkan verməlidir. Azərbaycanda isə millət vəkili restoranlar işlədir və daha da irəli gedərək qiymətləri qaldırır.

Maaşdan şikayətlənən deputatın obyektləri necə alması və qiymət qaldırması olduqca paradoksal hadisədir. Görəsən, millət vəkili özü bu mənzərəni necə izah edərdi?!

Daxil olan məlumata görə, prezident posneft dönəmində turizm sahəsini inkişaf etdirməyi ana xətt kimi seçib.

Amma bu prioritet istiqaməti baltalayan Hadı Rəcəbli böhrandan zərərsiz çıxmağa hazırlaşır. Hərçənd ki həmin obyektlərin gələn müştəri də barmaqla sayılacaq qədərdir.

Bundan əlavə, Lənkəranda şadlıq sarayı, yanacaqdoldurma məntəqəsi, univermaq və s. ticarət obyektləri var. Bakıda "DNS Computers" şirkətinin 4, Sumqayıtda isə 1 mağazası var.

Oğlanlarından biri Vüsal Rəcəbli “Həyat” Beynəlxalq Humanitar Təşkilatının prezidentidir. Digəri isə Tural Rəcəbli deputatın biznes fəaliyyəti ilə məşğuldur. Onun əsasən "DNS Computers" şirkətlərini idarə etdiyi iddia olunur.

Onu da deyək ki, Hadı Rəcəbli birinci, ikinci, üçüncü və dördüncü çağırış Milli Məclisinin deputatı olub. 1983-cü ildən Şəki Şəhər Partiya Komitəsinin birinci katibi işləyib.

O dövrün tarixini bilənlər H.Rəcəblinin vəzifəsindən necə kənarlaşdırıldığını yaxşı xatırlayır.

Qarşı tərəfi dinləməyə hazırıq.

Şərhlər

XƏBƏR LENTİ