SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Dərman mafiozu “Avromed Company”dan heyrətamiz faktlar

Dərman mafiozu “Avromed Company”dan heyrətamiz faktlar

Tarix:

13-02-2017, 12:18

/ 3 790 dəfə oxundu.
Dərman mafiozu “Avromed Company”dan heyrətamiz faktlar

2002-ci ilin aprel ayında fəaliyyətə başlamış Avromed Company QSC dünyanın aparıcı əczaçılıq istehsalçılarının Azərbaycanda ən böyük idxalçısıdır

Şirkətin məqsədi Azərbaycan səhiyyə sisteminin müalicə və müayinə qurumlarını, özəl klinikaları və bütün vətəndaşları yüksək keyfiyyətli zəruri əczaçılıq məhsulları ilə təmin etməkdir.

Məlumata görə, son aylar Avromed Company QSC heç də yuxarıdakı deyilənlərə uyğun fəaliyyət göstərmir.

Şirkətin ölkənin dərman bazarında qıtlıq, inhisarçılıq, ajiotaj və sabotaj yaradıb. Artıq həftələrdir ki, apteklərdə dərman qıtlığı yaşanır, depolar mal vermir, bu prosesdə baiskar kimi “Avromed Company” QSC-nin adı hallanır.

Ölkənin bütün ərazisində Avromed şirkətinin infrastrukturunda çalışan əməkdaşların sayı 1150 nəfərdən çoxdur.

Bu infrastruktura Bakıda yerləşən Avromed mərkəzi ofisi və Gəncə, Sumqayıt, Mingəçevir, Şamaxı, Şirvan, Şəki, Lənkəran, Xaçmaz, Qazax və Bərdə şəhərlərində yerləşən 10 regional ofisləri daxildir.

Lakin bu ünvanlarda dərman böhranı müşahidə olunur. Əczaçılar və aptek sahibləri bu vəziyyəti qiymət artımına hazırlıqla əlaqələndirir.

Onların sözlərinə görə, bazarda süni qıtlıq yaradılıb və məqsəd bahalaşmaya getməkdir. Hətta baş nazirin müavini Əli Əhmədov da dərman satışında problemlərin olmasını etiraf edib və tədbirlər görüləcəyini söyləyib. Amma Artur Rasizadənin müavininə əhəmiyyət verən kimdir?!

Firmalar və dərman bazarının mafiozları xalqa zəhər uddurur. Bahalaşmaya gedən firma apteklərdə qıtlıq yaradır. Prezidentin dərman bazarı haqda söylədikləri də nəticə vermir.

Məlumata görə, bu şirkətin adı deputat Cavanşir Feyziyevlə hallanırdı.

Sonra redaksiyamıza edilən zənglərdən məlum oldu ki, millət vəkili səhmləri satıb və başqaları rəhbərlik edir. Baxmayaraq ki, deputat Musa Quliyevdən dərman bazarındakı vəziyyətlə bağlı açıqlama alanda həmkarı Cavanşir Feyziyevi nişan vermişdi ki, sualı ona yönəldin. Bununla belə, məsələ Avromed Company QSC-nin kimdə olmasında deyil, şirkətin dərman bazarında süni ajiotaj və sabotaj yaratmasındadır.

Şirkətin inhisarçı siyasəti və dərman bazarında bahalaşma yaratması böyük etirazlara səbəb olub. Hazırda apteklərdə ajiotaj yaşanır və dövlət qurumları, deputatlar da fəryad edir.

Millət vəkili Fazil Mustafa apteklərdə xarici istehsal, xüsusilə Rusiya və Avropa istehsalı olan dərman preparatlarının tapılmadığını, aptek satıcılarının bu məsələylə bağlı “fəryad” etdiyini yazıb:

“Vəziyyətin bu dərəcədə acınacaqlı olduğunu təsəvvürə gətirməzdim. Obyektiv səbəb dolların manatla mübadilə qiymətinin sabitləşməməsi ilə bağlı ola bilər.

Ancaq burada inhisarçılıq amili də öz sözünü deyir. Bunun təcili bir yolu tapılmalıdır, dərman təchizatında ciddi dönüş yaradılmalıdır. İnsanların sağlamlığı ilə bağlı sahələrdə möhtəkirliyin genişlənməsinin çox faciəli nəticələri ola bilər”.

Şərhlər

XƏBƏR LENTİ