SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Nazirlər Kabinetinin səlahiyyəti artırılıb

Nazirlər Kabinetinin səlahiyyəti artırılıb

Tarix:

3-11-2017, 11:03

/ 88 973 dəfə oxundu.
Nazirlər Kabinetinin səlahiyyəti artırılıb

Gəmilərin dəniz üzgüçülüyü ilə bağlı tələbləri Nazirlər Kabineti müəyyən edəcək

Bu, “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 16 may tarixli 669-VQD nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 may tarixli 1422 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanında əksini tapıb.

Hazırda tələbləri Dövlət Dəniz Administrasiyası müəyyən edir.
İnzibati Xətalar Məcəlləsinin 307.4-cü (Dəniz və çay nəqliyyatında hərəkətin təhlükəsizliyinin təmin edilməsi qaydalarının pozulması) maddəsinə əsasən, dəniz nəqliyyatı sahəsində beynəlxalq konvensiyaların tələblərinə, habelə Nazirlər Kabinetinin müəyyən etdiyi tələblərə zidd olaraq gəmilərin dəniz üzgüçülüyünün təhlükəsizliyinə, insan həyatına və ya ətraf mühitə real təhlükə yaradan uyğunsuzluqlarla istismar və idarə edilməsinə görə fiziki şəxslər üç yüz manat məbləğində, vəzifəli şəxslər beş yüz manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir.

Şərhlər

XƏBƏR LENTİ