XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Direktorun əxlaqsızlığı şimal zonasını silkələdi: Təhsil şeflərinə nə tapşırılıb?

Direktorun əxlaqsızlığı şimal zonasını silkələdi: Təhsil şeflərinə nə tapşırılıb?

Direktorun əxlaqsızlığı şimal zonasını silkələdi: Təhsil şeflərinə nə tapşırılıb?
3-11-2017, 09:23

Xaçmazda 12 yaşlı şagirdə qarşı əxlaqsız hərəkətlər etməkdə ittiham olunan məktəb direktoru barəsində cinayət işi açılıb
Məlumata görə, bu hadisə şimal zonasında ciddi hərəkətlənməyə səbəb olub.
Sosial şəbəkələrdə yayılan xəbərlərdən belə aydın olur ki, şimal bölgəsində təhsil şöbələrinə qeyri-rəsmi tapşırıqlar veriblər. Bu göstəriş ondan ibarətdir ki, kişi müəllimlərlə profilaktik söhbətlər aparılsın.
Eyni zamanda Xaçmazın Bostançı kənd məktəbinin direktorunun da məktəb gözətçisinin qızına sataşdığı və işin prokurorluqda olduğu xəbəri yayılıb.
Bildirək ki, artıq Gülməz Alxasov həmin iş üzrə təqsirləndirilən şəxs qismində saxlanılıb.
Xaçmaz rayonu, Arzu qəsəbə tam orta məktəbinin direktoru, 1955-ci il təvəllüdlü Gülməz Alxasovun məktəbin şagirdi, 12 yaşlı qıza qarşı əxlaqsızlıq etdiyi iddia olunur. G. Alxasov müvəqqəti olaraq vəzifəsindən kənarlaşdırılıb.
Bundan əvvəl isə Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən, sağlamlıq imkanları məhdud uşaqlar üçün nəzərdə tutulmuş 12 nömrəli xüsusi internat məktəbinin keçmiş əməkdaşı Gülnar Ələsgərova məktəbin direktoru Allahverdi Vəliyevin əxlaqsız təklifinə “yox” cavabı verdiyi üçün işdən çıxarıldığını iddia edirdi.
Direktor mənə dedi ki, səni araşdırmışam, öhdəndə 3 azyaşlı uşağın olduğunu, həyat yoldaşından ayrıldığını, məcburi köçkün kimi evsiz qaldığını bilirəm.
Burda direktor olduğum müddətdə səni dolandıracağam, işdən çıxandan sonra isə yerimə direktor təyin olunmağına köməklik edəcəyəm.
Hətta torpağı olduğunu, orada mənə ev tikəcəyini də vəd etdi. Bunun əvəzinə onun təklifi ilə razılaşmalıydım. Direktorun təklifini qəbul etmədim, əsəbi halda cavab qaytardım, mübahisə etdik”, - şikayətçi söyləmişdi.
Məlumata görə, Quba, Xaçmaz, Şabran, Siyəzən və Qusar təhsil şöbələrinin rəhbərlərinə xəbərdarlıq olunub.
Bildirilib ki, hansısa məktəbdə direktor və ya müəllim qadına qarşı, qız uşağı olan şagirdlərə qarşı əxalqsız hərəkət edərsə cəzalanacaqlar.
Məktəb direktorlarına hakimi-mütləqlik verilməsi onların qanunsuz, hətta əxlaqsız addımlar atmasına gətirib çıxarır.
Əgər məktəblərdə direktorların mütləq hakimiyyəti olmasa, onlar pulla "beşdaş” oynamasalar, seks əlaqəsi təklif etmək və başqa addımlar ata bilməzlər.
Direktorların hakimi-mütləqliyi kiməsə bu formada əxlaqsız təkliflərdən tutmuş, başqa biabırçılıqlara qədər gətirib çıxara bilər.
Orta məktəb müəlliminin etik davranış qaydalarında isə belə bir maddə yoxdur ki, müəllim seks videosu yaya bilməz. Əslində bu onun şəxsi işidir, seks videosu yaya bilər. Amma onun forması müzakirə obyektidir.
Misal var ki, qızınmadıq istisinə, kor olduq tüstüsünə. Sadəcə olaraq küyə getdilər, baş aldatdılar. Diaqnostik qiymətləndirmə müəllimin əməyinə nə qiymət verdi? Bir suala da cavab tapmaq lazımdır, bu qiymətləndirməni nə üçün aparırlar?
Bundan məktəb direktorları sui-istifadə edəcəksə, bu qiymətləndirmənin faydası nədir? Belə qanunsuzluq halları bir deyil, iki deyil, kütləvi xarakter alıb.
Bütün bunların səbəbi isə odur ki, Azərbaycan ictimaiyyəti nöqsanlıdır, haqqa və həqiqətə münasibəti sıfır səviyyəsindədir.
Qeyd edək ki, Şəmkir rayonunun Aşağı Seyfəli kəndində yerləşən M.Süleymanov adına Seyfəli kənd tam orta məktəbinin direktoru Akif Namazov və orada laborant işləmiş Xatirə Əliyeva arasındakı seks və rüşvət qalmaqalı olmuşdu.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.