XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » 22 nəfərin vicdan haqqı

22 nəfərin vicdan haqqı

22 nəfərin vicdan haqqı
2-11-2017, 15:08

Vicdan! Hər bir gözəl davranışı və düşüncəni deyən, sağlam mühakimə yürütməyə kömək edən, səhvlə düzü bir-birindən ayıran mənəvi xüsusiyyətdir.
Azərbaycan dilində bir neçə “vicdan”lı ifadə var: vicdanlı olmaq, vicdansız olmaq, vicdan əzabı, vicdan hissi, vicdanı təmiz olmaq, vicdan ləkəsi, vicdanın səsi (susması), vicdan məhkəməsi, vicdan oyatmaq, vicdanına tapşırmaq, əlini vicdanının üstünə qoymaq, vicdanı yol verməmək, və s.
Vicdan – Allahın (c.c) ilhamıdır. Allah (c.c) hər bir insana onun vicdanı vasitəsi ilə özünün məmnun olacağı ən doğru və ən gözəl olanını bildirməkdədir.
“And olsun nəfsə və onu yaradana (ona biçin verənə). Sonra da ona günahlarını və pis əməllərdən çəkinməsini (xeyir və şəri) öyrədənə ki, nəfsini (günahlardan) təmizləyən mütləq nicat tapacaqdır”! (Şəms 7-9)
Redaksiyamıza daxil olan məktubda Qax rayonu, Cəlayir kəndində anadan olmuş, Əmrahlı (Mustafayeva) Sona Nəzir qızının 2013-2015 illər ərzində Qax, Zaqatala və Şəki rayonlarında yerləşən “KapitalBank” ASC, “Muğan Bank” ASC, “Bank Respublika” ASC-lərin filiallarından işə düzəlmək, ərinin böyrəyini dəyişdirmək, evimi təmir etdirmək və s. bəhanələrlə 22 nəfərin (şikayət edən bu qədərdir) etibarından sui-istifadə etməklə, onları aldadaraq, küllü miqdarda əmlakını ələ keçirməklə onlara həm maddi, həm də mənəvi ziyan vurması bildirilir.
O, məsuliyyətə cəlb olunmuş, barəsində Qax Rayon Məhkəməsinin hakimi Atabəy Kiçibəyovun 12 iyul 2017-ci il tarixli, 2(024)-29/2017 saylı hökmü ilə təqsirləndirilən şəxs Əmrahlı Sona Nəzir qızı barəsində 2500 (iki min beş yüz) manat məbləğində cərimə cəzası təyin edilmişdir.
Qax rayonu, Cəlayir kənd aldadılmış sakinləri tərəfindən göndərilmiş məktuba əlavə edilmiş sənədlərlə tanış olduqdan sonra bu məqaləni hazırlamaq qənaitinə gəldik.
İlk öncə aldadılan şəxslərin ictimai mənsubiyyətinə nəzər salaq. Sofiyeva Bacı Məhəmməd qızı (74 yaş), Nəcəfova Məkkə Şeyix qızı (70 yaş), Xəlləyeva Fətmət Kərim qızı (70 yaş), Bəkirova Pərixan Hacıbəy qızı (69 yaş), Hamzayeva Gülüzar Mustafa qızı (69 yaş), Əzimova Həqiqət Nəzirməhəmməd qızı (67 yaş), Məmmədova Həlmət Mahmudu qızı (64 yaş), İsgəndərova Əminəxatın İmam qızı (61 yaş). Bu siyahıda yer alan digər vətəndaşlar müəllimə, tibb bacısı, işsiz və s. Mənsubiyyətə malikdirlər.
Qanunvericiliyin tələblərinə görə məhkəmənin qəralarından yuxarı instansiya məhkəmələrinə şikayət etmək olar. Biz təqdim olunmuş sənədlərə görə mühakimə orqanlarının qərarlarına öz subyektiv münasibətimizi bildirmək istəyirik. Bu sırada bəzi məqamlarda yaranan sulların cavabının açıq qalması bizdən asılı olamayan səbəblərdir.
2013-2015-ci illər ərzində baş vermiş bu hadisəyə münasibət ayrı-ayrı orqanlar tərəfindən müxtəlifdir.
Qax Rayom Polis Şöbəsinin İstintaq Qrupu Sona Əmrahlını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4 madələri təqsirli bilərək, ziyançəkmişlərə 51545 manat dəyərəndə maddi ziyan vurması barəsində ittiham aktı tərtib edərək cinayət işini baxılması üçün Qax Rayon Məhkəməsinə göndərmişdir.
Qeyd: Təqsirləndirilən şəxs istintaqdan yayındığına görə Qax Rayon Məhkəməsi tərəfindən Sona Əmrahlı barəsində 02.02.2017-ci il tarixli qərar ilə 3 ay müddətinə həbs qətiimkan tədbiri seçilmişdir.
Hadisənin gərginlik dövrü cinayət işi məhkəməyə daxil olduqdan sonra başlayır. Qax Rayon Məhkəməsinin 02.03.2017-ci il tarixə təyin edilmiş məhkəmənin hazırlıq iclasında dövlət ittihamçısı (cinayət işinə xitam verilməsi və onun ibtidai araşdırmaya
prosessual rəhbərliyi həyata keçirən prokurora qaytırılması barədə) şifahi vəsatətlə məhkəməyə müraciət edir. Qax Rayon Məhkəməsi bu vəsatət əsasında 02.03.2017-ci il tarixdə özünün “tarixi” qərarını qəbul edərək Sona Əmrahlı barədə həbs qətimkan tədbirininin dəyişdirilərək polisin nəzarəti altına vermə qətimkan tədbirini seçməklə onun azadlığa çıxmasına şərait yaradır.
Haşiyə - Əmrahlı (Mustafayeva) Sona Nəzir qızının atası Mustafayev Nəzir Əhməd oğlu - Azərbaycan Respublikası “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Qax rayon şöbəsində baş mühəndis vəzifəsində çalışır. Bundan başqa o, Qax rayon fövqəladə hjallar komissiyasının sədridir. Sona Ərahlının qardaşı Mustafayev Əhməd Nəzir oğlu – Qax RİHB-nın Cəlayir kənd İnzibati Ərazi Dairəsi üzrə icra nümayəndəsinin müavini vəzifəsində işləyir.
Qax Rayon Məhkəməsi 12 iyul 2017-ci il tarixli, 2(024)-29/2017 saylı hökmü ilə Sona Əmrahlını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2; 178.2.4-cü maddələri ilə təqsirli bilərək 3500 (üç min beş yüz) manat miqdarında cərimə cəzasına məhkum etmişdir.
Azərbaycan Respublikası CM –nin 69.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxs Əmrahlı Sona Nəzir qızının 01.02.2017-ci il tarixdən 02.03.2017-ci il tarixədək tutulub həbsdə saxlanıldığı müddət nəzərə alınmaqla ona təyin edilmiş cərimə cəzası yüngülləşdirilərək onun üzərində qəti olaraq 2500 (iki min beş yüz) manat məbləğində cərimə cəzasının saxlanmasını hökm etmişdir.
Qax Rayon Məhkəməsi 22 nəfər qocanı, müəlliməni, tənha qadını, ailəsində gəzərək məktəbə getmək arzusu ilə alovnan 12 yaşlı qüsurlu uşağın həm anasını, həm də 74 yaşlı xəstə nənəsini aldatmış, atası rayonda vəzifə sahibi olan, Əmrahlı Sona Nəzir qızı barəsində 02.02.2017-ci il tarixdə çıxarılmış və yuxarı instansiya məhkəməsi tərəfindən qüvvədə saxlanmış qərarını 02.03.2017-ci il tarixdə dəyişərək, 12 iyul 2017-ci il tarixli, 2(024)-29/2017 saylı hökmü ilə 2500 (iki min beş yüz) manat məbləğində cərimə cəzası təyin etməsini hakimin hansı daxili inamından irəli gəlməsini heç bir sözlə izah etmək olmur.
Əmrahlı Sona Nəzir qızı barəsində 02.02.2017-ci il tarixdə çıxarılmış və yuxarı instansiya məhkəməsi tərəfindən qüvvədə saxlanmış qərarını bir aydan sonra 02.03.2017-ci il tarixdə dəyişməyə nə vadar etdi? Humanizinmi? Ədalət hissimi? Yoxsa Nəzir Mustafayevin məmur əlimi?
Yuxarıda qeyd etdiyimiz kim biz hakimin çıxardığı hökmə hüquqi qiymət verə bilmərik. Bu yuxarı instansiya məhkəmsinin səlahiyyətindədir. Ancaq qanunun tələblərinə əməl etmək hamının vəzifəsidir. Möhtərəm prezidentimiz İlham Əliyev cənabları demiş – “Qanun şahdır, şah qanun deyil”
Qax Rayon Məhkəməsinin hakimi Atabəy Kiçibəyov 12 iyul 2017-ci il tarixli, 2(024)-29/2017 saylı hökmündə yazır ki, Sona Əmrahlının əməlində ağırlaşdırıcı hal yoxdur.
AR. Cinayət Məcəlləsinin 61-ci (Cəzanı ağırlaşdıran hallar) maddəsinin tələblərinə görə - cinayətlərin təkrar törədilməsi, cinayətlərin residivi, cinayətin ağır nəticələrə səbəb olması, cinayətin müqəssir üçün aşkar surətdə azyaşlı, qoca və ya köməksiz vəziyyətdə olan şəxsə qarşı törədilməsi cəzanı ağırlaşdıran hallar olmasına baxmayaraq Qax rayon məhkəməsi tərəfindən nəzərə alınmamışdır.
AR. Cinayət Məcəlləsinin 61-ci maddəsində ağırlaşdırıcı hallar aydın şəkildə göstərilməsinə rəğmən hakim ağırlaşdırıcı halların olmaması qənaətinə gəlir. Qnununun aşkar şəkildə görünən tələbini pozmağa Atəbəy Kiçibəyovu nə vadar etmişdi? İş materiallarından aydın şəkildə görünür ki, zərərçəkmişlərdən 10 nəfəri 61-74 yaş həddindədirlər həm də xəstədirlər.
Qax Rayon Məhkəməsinin hakimi Atabəy Kiçibəyovun 12 iyul 2017-ci il tarixli, 2(024)-29/2017 saylı hökmü ilə təqsirləndirilən şəxs Əmrahlı Sona Nəzir qızı barəsində çıxardığı 2500 (iki min beş yüz) manat məbləğində cərimə cəzası ədalət mühakiməsinin kobud şəkildə pozulması, qanunlara qarşı hörmətsizlik, hakim andının pozulması, ölkə başçısı cənab İlham Əliyevin yürütdüyü siyasətə ziddiyyət təşkil etməklə yanaşı vətəndaşların məhkəmələrə olan inamının itirilməsinə səbəb olan bir qərardır.
Qax Rayon Məhkəməsinin hakimi Atabəy Kiçibəyovun 12 iyul 2017-ci il tarixli, 2(024)-29/2017 saylı hökmündən verilmiş apellyasiya şikayətinə uyğun olaraq cinayət işi Şəki Apellyasiya Məhkəməsinin icraatındadır.
Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Sona Əmrahlının cinayət işi ilə bağlı 21 avqust 2017-ci il tarixli, № 1(107)-201/2017 saylı Qərar qəbul etmişdir. Həmin qərarın 7-ci abzasında yazılır – Məhkəm iciasında iştirak edən dövlət ittihamçısı apellyasiya şikayətləri və apellyasiya protesti üzrə məhkəmə baxışının təyin edilməsini, məhkəmə baxışının məhkəmə istintaqı aparılmadan, əlavə sübutlar tələb edilmədən keçirilməsini xahiş etdi.
Qax Rayon Məhkəməsinin 02.03.2017-ci il tarixə təyin edilmiş məhkəmənin hazırlıq iclasında dövlət ittihamçısı (cinayət işinə xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytırılması barədə) şifahi vəsatətlə çıxış etmişdir. Bu vəsatətlələri az qalır ki, torbadakı pişiyə bənzədəm...
(Ardı var)

P.S: Unutmayaq ki, içimizdəki ən böyük hakimin adı vicdandır.

Xalq.info

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.