Bağça müdiri məhkəmədə rüşvət aldığını etiraf etdi
Bu gün Bakı Ağır Cinayətlər məhkəməsində rüşvət almaqda təqsirləndirilən "Körpə İncilər" Təlim-Tədris Mərkəzinin müdiri İlahə Ziyadovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə İ. Ziyadova sərbəst ifadə verib.
İ.Ziyadova ifadəsində işə düzəltmə adı ilə rüşvət aldığını etiraf edib. O, zərərçəkmişlərə dəyən ziyanın hamısını ödəyəcəyini bildirib.
Proses noyabrın 2-dək təxirə salınıb.
İttihama görə, Bakının Xətai rayonunda yerləşən "Körpə incilər" Təlim-Tədris Mərkəzinin müdiri İlahə Ziyadova sosial şəbəkələrdə elan edilən vakansiya ilə bağlı ona müraciət etmiş Muradlı Tavat Hüseyn qızını bağçaya ingilis dili müəlliməsi kimi işə qəbulu üçün onun anası Tünzalə Muradovadan 2500 manat məbləğində pul alıb, lakin vədinə əməl etməyib.
Bundan başqa, o, çoxsaylı şəxsləri bağçaya tibb bacısı və müəllimə kimi işə götürəcəyini vəd edərək, onlardan rüşvət alıb.
İ.Ziyadova barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilib.
Ona qarşı Cinayət Məcəlləsinin 311.3.2 (rüşvət alma, yəni vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq və ya laqeydlik müqabilində özü və yaxud üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair neməti, imtiyazı və ya güzəşti istəməsi və ya alması təkrar törədildikdə) və 162-1.1 (Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xeyli sayda işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) maddələri ilə cinayət işi açılıb.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...