Mikayıl Cabbarovun qohumunun evi yandı - Heç kəs kömək etmədi
Təhsil naziri Mikayıl Cabbarovun qohumuna məxsus olan ev yanıb.
Bu barədə sabiq deputat Nazim Bəydəmirli məlumat verib. O, bildirib ki, qısa qapanmadan sonra ev yanıb və bununla bağlı lazımi dairələr heç bir iş görməyib:
“Gədəbəyin Zamanlı kənd orta məktəbində müəllim işləyən xalam oğlunun 10 gündür evi tamam yanıb. Həmin gün evdə heç kim olmayıb və böyük ehtimalla “Azərişıq” ASC-nin məsuliyyətsizliyi səbəbindən xəttlər üst-üstə düşüb, gərginlik artıb və hansısa avadanlıq dözməyib alışıb. Beləcə vətəndaşa külli miqdarda ziyan dəyib (rayonda olarkən özüm şahid olmuşam ki, gərginlik tez-tez dəyişir). Ərizə ilə bu faktı araşdırmaq üçün yerli hüquq mühafizə və Gədəbəy icra hakimiyyətinə müraciət edilsə də hələ heç bir araşdırma aparılmır. Təhsil şöbəsi və həmkarlar ittifaqı da ağzına su alıb durur, maddi kömək də etməyib.Hər il maaşlardan tutulan “məcburi sığorta” da itib-batıb.
Təsəvvür edin ki, mənim bu xalamoğlu Təhsil nazirinin də qohumudur. Ona görə atalarımız deyib ki, yaxın qonşu uzaq qohumdan yaxşıdır”.
A24.az

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...