SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » "8-ci km bazarı"nda gərgin anlar - Köşklər söküldü

"8-ci km bazarı"nda gərgin anlar - Köşklər söküldü

Tarix:

27-10-2017, 09:28

/ 94 507 dəfə oxundu.
"8-ci km bazarı"nda gərgin anlar - Köşklər söküldü

Dünən səhər saatlarından başlayaraq, 8-ci kilometr bazarının ətrafında olan taxtadan tikilmiş, kiçik ticarət obyektləri sökülməyə başlanıb. Bu işdə Nizami Rayon Polis İdarəsinin 24-cü polis bölməsinin əməkdaşları iştirak ediblər.

Söküntü zamanı xeyli adama ziyan dəyib.

Yenicag.az-a hadisə şahidlərinin verdiyi məlumata görə, obyekt sahibləri etiraz əlaməti olaraq yolu kəsmək istəyiblər.

Döyülənlər olub. Hətta qarşıdurma zamanı bir nəfərin də özündən getdiyi bildirilir. Səlahiyyətli şəxslər sözügedən əməliyyatın təhlükəsizliklə bağlı olduğunu deyirlər.

Hazırda ərazidə təmizləmə işləri aparılır. Köşkləri sökülən 500 nəfərin sabah çörəkpulunu necə qazanacaqları hələ ki, heç kimə məlum deyil.

Şərhlər

XƏBƏR LENTİ