SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » "Bakı üçün təhlükə Xəzərdə olan zəlzələ ocaqlarından gözlənilir"

"Bakı üçün təhlükə Xəzərdə olan zəlzələ ocaqlarından gözlənilir"

Tarix:

23-10-2017, 12:31

/ 60 991 dəfə oxundu.
"Bakı üçün təhlükə Xəzərdə olan zəlzələ ocaqlarından gözlənilir"

Xəzər nə qədər neft-qaz ehtiyatları ilə zəngindirsə, onun o qədər də potensial gücə malik olan zəlzələ ocaqları var. Abşeronun, Bakının zəlzələ ilə bağlı təhlükəsi də Xəzərdə mövcud olan zəlzələ ocaqlarından gözlənilir.

Bunu jurnalistlərə AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli deyib.

Onun sözlərinə görə, Xəzər dənizinin dibində seysmometrlərin quraşdırılması üçün aparatlar 3 il əvvəl alınıb: "Lakin onlar bu günədək quraşdırılmayıb. Bu yaxınlarda Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasının rəhbərləri tərəfindən Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevə müraciət olundu ki, bu məsələdə bizə yardımçı olsunlar. Çünki biz 3 ilə yaxındır ki, dib seysmometrlərini almışıq. Ancaq onlar indiyədək mərkəzin anbarında qalıb”.

Q.Yetirmişli bildirib ki, həmin seysmometrlər Xəzər dibinin seysmikliyini dəqiq öyrənməyə imkan verəcək: "Onlar eyni zamanda, Xəzərdəki platformalarda, kommunikasiya xətlərində baş verə biləcək təhlükəni minimuma endirməyə yardım edəcək. Yataqlarda fəsadların əmələ gəlməsi, platformalarda olan çökmələr, yanma və s. – gələcəkdə bu riskləri minimuma endirmək məqsədi ilə stansiyalardan faydalanmaq mümkün olar. Onların quraşdırılmasının elmi baxımdan da çox böyük faydası olacaq”.

Şərhlər

XƏBƏR LENTİ