İnternet problemi hava ilə bağlıdır?
"Güclü külək mobil rabitə şəbəkəsinin işinə mənfi təsir göstərir".
Bunu "Bakcell" şirkətinin icraçı direktoru Nikolay Bekers deyib. Onun sözlərinə görə, siqnalın çatdırılması üçün həm fiber-optik rabitə xətlərindən, eləcə də simsiz rabitədən istifadə ounur: "Simsiz texnologiyadan danışarkən burada söhbət mikrodalğalar vasitəsilə siqnal ötürülməsindən gedir. Hava şəraiti pisləşdikdə, yəni Azərbaycan üçün xarakterik olan küləklər olduqda, rabitə keyfiyyəti azala bilər".
N.Bekers mobil rabitə siqnalının qəbulunun zəif olduğu və ya heç olmadığı zonaların olmamasını da istisna etməyib.
O vurğulayıb ki, bu problemin qarşısının alınması üçün şirkət tərəfindəm 3G əhatə dairəsinin artırılması ilə bağlı işlər həyata keçirilib: "20-30 kilometrlik əhatə dairəsi olan bir baza rabitə keyfiyyətini əhəmiyyətli dərəcədə artıra bilər. Biz tikinti və genişləndirmə zamanı yüksək keyfiyyətli avadanlıqdan istifadə edirik. Bu gün artıq demək olar ki, biz şəbəkənin əhatə səviyyəsinə görə yüksək göstəricilər əldə etmişik".

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...