Kriminal iş adamı Azərbaycan prezidenti olmaq istəyir
Milli Məclisin keçmiş deputatı, 90-cı illərin ən məşhur kriminal iş adamlarından biri Hüseyn Abdullayev Azərbaycandakı növbəti prezident seçkilərində iştirak etmək niyyətində olduğunu bildirib. Qeyd edək ki, iqtisadi cinayətlərdə ittiham edilən H.Abdullayev hazırda ədalət məhkəməsindən Almaniya ərazisində gizlənir.
Siyasi-kriminal dairələrdə “Quska-Maxno” ləqəbi ilə tanınan H.Abdulayev uzun illər ərzində müxalifətçilərə və liberallara, jurnalistlərə və siyasi xadimlərə hücumlar gerçəkləşdirən “dazbaşlar”ın qeyri-qanuni kriminal dəstələrinə başçılıq edib.
“Quska-Maxno” aksiyaların dağıdılmasında, bəzi oliqarxların xoşlamadığı ictimai xadimlərin döyülməsində fəal iştirak edib. Lakin hüquq-mühafizə orqanlarının özünə sərf etməyən sualları ilə qarşılaşan kimi H.Abdulayev özünə qarşı qaldırılmış cinayət işini siyasiləşdirərək, ölkədən qaçmağa məcbur olub. “Quska-Maxno” müxalif Milli Şuranı dəstəkləyib və uzun illər ata adlandırdığı hazırkı prezidentə qarşı çıxıb. İndi isə, tamamilə ağlını itirərək, seçkilərdə iştirak etmək istədiyini bildirir. Qeyd edək ki, H.Abdullayev natamam orta təhsillidir.
Beləliklə, Rəsul Quliyevdən sonra Quska 2018-ci ilin prezident seçkilərində iştirak etmək niyyətində olduğunu bildirmiş ikinci namizəddir.
virtualaz.org

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...